Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA AĞLIN, ZƏKANIN, MÜDRİKLİYİN, AĞSAQQALLIĞIN TOPLANTISI KEÇİRİLMİŞDİR

07 fevral 2013 | 16:00

Bu gün Daşkəsən rayonunda Rayon İcra Hakimiyyətinin akt zalında ağsaqqalların, ağbirçəklərin, ictimaiyyət nümayəndələri fəallarının iştirakı ilə birgə toplantı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə əbədiyaşar ulu öndərin şəhərin mərkəzində olan abidə kompleksinin önünə tər gül-çüçək dəstələri düzmüş, ona böyük hörmət və ehtiramlarını bildirmişlər.Tədbir Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir.
Toplantını giriş sözü ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev açaraq qeyd etmişdir ki, bu yığıncağı rayonun tarixində ilk dəfə olaraq keçiririk. Mənə elə gəlir ki, obrazlı desək, Daşkəsən rayonunda bu ağlın, zəkanın, müdrikliyin, ağsaqqallığın toplantısıdır.Ona görə ki, bu yığıncaqda əsasən rayonun qaymaqları olan nurüzlu insanlar – ağsaqqallar, ağbirçəklər toplanmışdır.Yəqin ki, ötən müddət ərzində rayon Ağsaqqallar Şurasının sədri görülmüş işlərlə və qarşıda duran vəzifələrlə bağlı nitqində bizi məlumatlandıracaqdır.
Hər birimizə yaxşı məlumdur ki, bizim adət-ənənələrimizə görə hər bir evin, elin, kəndin ağsaqqalı, ağbirçəyi vardır. Yeri gələndə, məqamında ağsaqqal sözü, ağbirçək öyüd-nəsihəti hər şeydən yüksəkdə dayanır.Həyatın elə anları olub ki, ağsaqqalın bir kəlmə sözü ilə ağır ellər ayağa qalxıb, eldə-obada düşə biləcək qanlar yatırılıbdır. Bunu hər birimiz ağsaqqal sözünə pərəstiş və səcdə edən bir insan kimi görmüşük və dəfələrlə şahidi olmuşuq. Məhz, mən elə buna görə deyirəm ki, bu gün biz buraya ağlın, zəkanın, müdrikliyin, ağsaqqallığın nuruna, işığına toplaşmışıq.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı sonra nitqinə davam edərək dedi: - Sizlərə bu günkü yığıncağımızda məlumat olaraq bildirirəm ki, hazırda “Yeni Daşkəsən” layihəsinin uğurlu icrasına başlanılmışdır. Bu il rayonumuzda 26 məktəbin əsaslı təmiri və tikintisi aparılacaqdır. Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun inşası davam etdirilir. Xoşbulaq-Qabaqtəpə-Astaf və Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulmuşdur. İllərdən bəri su problemi yaşayan şəhərimiz fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.Ucqar dağ kəndlərimizin əksəriyyətində yaşanan təbii qaz problemi də tezliklə aradan qaldırılacaqdır. Yaxın günlərdə müasir tipli, avropasayağı tələblərə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin İnzibati binasının inşasına başlanacaqdır. Kəndlərimizdə mövcud problemlərin əksəriyyəti bu layihə əsasında həllini tapacaqdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkənin digər regionları kimi, Daşkəsən rayonuna da xüsusi diqqət və qayğı göstərir.Bu ali diqqətə görə mən cənab Prezidentə həm sizin və həm də şəxsən öz adından dərin hörmət və minnətdarlığımı, böyük ehtiramımı bildirirəm.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı qeyd etdi ki, əbədiyaşar ulu öndərimiz həmişə ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət vermiş, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul etmişdir.Bu gün bu gözəl ənənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də daim uca tutulur. Sizlər möhtərəm Prezidentimizin həmişə ali diqqətindəsiniz.
Cəmiyyətin ən layiqli üzvləri kimi sizin hər birinizin adınıza, ünvanıza hörmət, istək və məhəbbət vardır. Bu istəyə görə də siz daim özünüzə qarşı cəmiyyətdə mövcud neqativ hallarla bağlı tələbkar, ictimai-siyasi vəziyyətlə bağlı haqqın, ədalətin tərəfdarı olmalısınız. Çünki həyatın ən qanlı-qadalı hadisələrini görmüsünüz, keçməkeşli yollarında mətinləşmisiniz, vətənin, torpağın, dövlətin, müstəqilliyin nə demək olduğunu siz arxamızca gələn gənc nəsildən daha yaxşı bilirsiniz.
Cənab Əhəd Abıyev bildirdi ki, həyatda hər kəsin bir tale qisməti, alın yazısı vardır. Bu gün sizin kimi müdrik nəslin taleyinə qanlı 20 Yanvar qətliamının, əsrin ən dəhşətli faciəsi sayılan Belarusda Xatın, Vyetnamda Sonqmi faciələrindən daha dəhşətli olan Xocalı soyqırımının şahidi olmaq, Qarabağ müharibəsində işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarına vəhşicəsinə təcavüzünü öz gözləri ilə görmək kimi ağrılı bir qismət yazılıbdır. Yaxşı bilirsiniz ki, azadlıq insanın qanadlarıdır. Qanaqsız quş uça bilmədiyi kimi, azad olmayan bir cəmiyyət, dövlət də yüksələ bilməzdi. Biz bu müstəqilliyi tarixin bizə bəxş etdiyi ən müqəddəs varlıq kimi qəbul etməli, qoruyub saxlamalıyıq. Yəqin yaxşı xatırlayırsınız ki, Azərbaycanın müstəqilliyindən söz düşəndə ulu öndər böyük fəxarətlə deyirdi ki, mən bir vətəndaş kimi də, bir Prezident kimi də Azərbaycanın dövlət müstəqilliyinin keşiyində durmuşam və duracağam. Bu yolda hər an həyatımdan keçməyə hazıram.
Başçı daha sonra qeyd etdi ki, canlı şahidlər olaraq görürük ki, əbədiyaşar ulu öndərimizin vicdan varisi, dünya şöhrətli Prezidentimiz ümummilli liderimizin bu siyasətinə sədaqətini beynəlxalq aləmin indiki gərgin anlarında belə dönməzliyini, alovlu vətənpərvərliyini nümayiş etdirir. Biz də ölkə vətəndaşları olaraq evimizdə, ictimai həyatda, cəmiyyətdə bu müstəqilliyin qorunması naminə əməli işimizlə, var gücümüzlə çalışmalıyıq. Daha xoş gələcəyi olan bu günkü qüdrətli Azərbaycanı qoruyub saxlamalıyıq. Bir zamanlar ölüm-qalım anlarını yaşayan Azərbaycan bu gün qonşularına, bir sıra Avropa ölkələrinə atalıq, dostluq qayğısı göstərir. Bu, yüz illərə hesablanmış Heydər Əliyev siyasətinin təntənəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali vətənpərvərliyinin beynəlxalq aləmdə razılıqla qəbul edilən bəşəri qayğılarının nəticəsidir.
Tam əminəm ki, siz də ağsaqqallarımız, ağbirçəklərimiz olaraq gənc nəsillərə xoş gələciyimiz üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyi, ana Vətənin müqəddəsliyini qorumağı tövsiyə edirsiniz. Bu yol ağsaqqal yolu, ağbirçək yoludur. Sizlərə bu yolda uğurlar, can sağlığı, dönməzlik arzulayıram.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin giriş nitqindən sonra rayon ağsaqqallar şurasının sədri Hüseyn Məmmədovun hesabat məruzəsi dinlənildi.
Məruzəçi bildirdi ki, ağsaqqallar bütün müsəlman dünyasında, xüsusilə doğma vətənimizdə xüsusi hörmətə, nüfuza malikdirlər. Ağsaqqallarımız xalqımızın ən yaxşı adət-ənənələrini özündə saxlayır, onu daşıyır və nəsildən-nəsilə ötürürlər.
Ağsaqqal nəsihəti və tövsiyəsi ilə gənclər tüfeyli həyatdan, dələduzluqdan, tənbəllikdən əl çəkərək, düz yola qayıdır, xalqımıza yararlı bir vətəndaşa çevrilir.
Müstəqilliyimizin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi psixoloji çətinliklərini mərdliklə geridə qoyan Respublikamız, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkəmizdə həyata keçirilən sosial infrastruktur layihələri də xalqımızın firavan həyat tərzinin yüksəldilməsi məqsədinə xidmət edir. Ölkəmizin bütün sahələrində böyük və sürətli inkişaf vardır. Ordu quruculuğunda uğurlarımız daha çoxdur. Bütün bunlara görə biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnədarıq.
Respublikamızın əldə etdiyi nailiyyətlər Daşkəsən rayonunun timsalında özünü daha parlaq göstərir. Rayonda yeni istehsal sahələri açılmış, bununla da rayon əhalisinin maddi-rifahı xeyli yüksəlmişdir.
Mövcud uğurlardan ağız dolusu danışan ağsaqqallar şurasının sədri sonra qeyd etdi ki, rayonda aparılan tikinti-təmir və bərpa abadlıq işlərində Rayon İcra Hakimiyyətinın Başçısı, çox hörmətli Əhəd Abıyevin əməyi xüsusilə qeyd olunmalıdır. Onun birbaşa təşəbbüsü və rəhbərliyi ilə Daşkəsən hazırda abad, gözəl, göz oxşayan bir məkana çevrilmişdir. Şəhərin küçələri təmir olunaraq asfalt döşənmiş, köhnə binaların dam örtükləri dəyişdirilmiş, zövq oxşayan şəkildə yenidən bərpa edilmişdir.
Daşkəsənimiz gələcəkdə daha gözəl, abad, yüksək sosial-iqtisadi göstəricilərə mallik bir məkan olacaqdır. Bunu son iki ildə rayonumuzda aparılan geniş tikinti-quruculuq və bərpa işləri, “Yeni Daşkəsən” layihəsinin icrasına qətiyyətlə başlanması bizə diktə edir.
Sonra məruzəçi bildirdi ki, “Yeni Daşkəsən” layihəsi Daşkəsən ictimaiyyətinin geniş müzakirəsinə verilmişdir. İcrasını daim nəzarətində saxlayan, memarı hörmətli Əhəd Mikayıl oğlu Abıyev olan bu layihə , doğrudan da, Daşkəsənimizin parlaq gələcəyindən xəbər verir.
Deyərdim ki, “Yeni Daşkəsən” layihəsi işlənib hazırlanarkən elə bir problemli sahə yoxdur ki, layihədə öz əksini tapmasın. Layihədə rayonun sənaye və kənd təsərrıfatı sahəsində olan problemləri ilə yanaşı qaz və elektrik enerjisi təminatının yaxşılaşdırılması, sosial mədəni-maarif, səhiyyə obyektlərinin, həmçinin əhalinin mənzil, kommunal problemlərinin həlli yolları da nəzərdən qaçmayıb.
Daşkəsən ağsaqqalları da “Yeni Daşkəsən” layihəsini ürəkdən bəyənirlər, alqışlayırlar, onun reallaşmasında fəal iştirak edəcəklərinə söz verirlər.
Məruzəçi sonra bildirdi ki, Daşkəsən rayonunun girəcəyində Dövlət Bayrağı meydanı və parkının inşasında, Rayon Mərkəzi Xəstəxanasının, “Yeni Həyat” sarayının, Statistika və Baytarlıq idarələri tikintilərinin və digər tikinti-quruculuq, abaqdlıq işlərinin başa çatdırılmasında Başçımız cənab Əhəd Abıyevin yorulmaz və gərgin əməyi danılmazdır.
Əhəd müəllimin işgüzarlığı, ciddi xarakteri, qətiyyətliliyi bizə onun Mlli Məclisin üzvü olduğu illərdən məlumdur. Onda olan vətənə sevgi, xalqımıza hörmət, müstəqilliyimizə, inkişafımıza, tərəqqimizə xor baxanlara nifrət hissi onu daşkəsənlilərin, xüsusilə Daşkəsən ağsaqqallarının sevimlisinə çevirmişdir. Bir də ona görə Əhəd müəllimi daha çox sevirik ki, ölkənin ən ağır, gərgin məqamlarında ulu öndərin yaxın silahdaşı kimi daim onun yanında olubdur.Alovlu Heydərçi kimi qəlbimizdə əzizlənir.
Məruzəçi daha sonra bildirdi ki, qlobal problemli məsələlər barədə İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev tərəfindən ayrı-ayrı nazirlərə, Respublika Prezidentinə, Baş Nazirə müraciətlər edilir və həllinə nail olunur. Müraciətin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev məsələnin həlli ilə bağlı baş Nazirə göstəriş vermişdir. Daşkəsən şəhərində abadlıq və quruculuq işlərinin davam etdirilməsi rayonun sosial inkişafının sürətləndirilməsi maqsədi ilə 2 milyon manat vəsaitin ayrılması Prezidentimiz hörmətli İlham Əliyev cənablarının Daşkəsən rayonuna, onun insanlarına olan böyük qayğısının yeni təzahürüdür və İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin Prezidentimizin yanında olan nüfuzundan xəbər verir.
Daşkəsən rayonuna, daşkəsənlilərə göstərdiyi növbəti qayğıya görə icazə verin, konfrans iştirakçıları adından İlham Əliyev cənablarına minnətdarlığımızı bildirək, ona uzun ömür, cansağlığı, Azərbaycanın tərəqqisi naminə uğurlar arzulayırıq.
Məruzəçi bildirdi ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində geniş işlər aparılır. Hörmətli Başçımız Əhəd Abıyevin Baş Nazir Artur Rasi-zadə cənablarına ünvanladığı Daşkəsən rayonu ərazisində yay otlaqlarının idarə olunmasının Daşkəsən Rayon İcra Hakimiyyəti səlahiyyətlərinə verilməsi ilə bağlı müraciəti cənab Nazir tərəfindən müsbət qarşılanmış, dərkənar qoyularaq aidiyyətı üzrə qurumların rəhbərlərinə göndərilmişdir. Ayrı-ayrı nazirlərdən komitə və digər struktur rəhbərlərindən Baş Nazirin ünvanına müsbət rəylər daxil olur. Bu günlərdə Əhəd müəllimin qəbulunda olarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rəhbərliyinin Baş Nazirin müavininə ünvanladığı müsbət rəyə hörmətli Başçının necə sevindiyinin şahidi olduq.
Açığını deyim ki, Daşkəsən şəhərinin girəcəyinin indiki durumu biz ağsaqqalları qane etmir. Prospekt adlandırlığımız dar bir küçəni Ulu öndərimizin adına layiq bilməzdik. Prospektin ətrafında olan müxtəlif qeyri-münasib tikililər ona ciddi xələl gətirir.
Çox istərdik ki, şəhərimizin girəcərindən başlayan Heydər Əliyev prospekti genişləndirilərək onun ətraflarında dekorativ və bəzək ağacları, gül-çiçəklər əkilsin. Bu, şəhərimizə gələn hər bir qonaqda Daşkəsən barədə ilk xoş rəy yaradar.
Daşkəsən rayonunun sosial-iqtisadi inkişafında rayon ağsaqqallarının, Daşkəsən rayon Ağsaqqallar Şurasının da xeyli əməyi olmuşdur. Bu nailiyyət Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin Daşkəsən ağsaqqallarına göstərdiyi diqqət və qayğının apardığı məqsədyönlü işlərin nəticəsində əldə edilmişdir.
Daşkəsən Ağsaqqallar Şurası İdarə Heyəti 19 üzvdən ibarət olmaqla 141 rayon ağsaqqalını təmsil edir.
Ağsaqqallar Şurası öz işini Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinə uyğun qurur və Respublika Ağsaqqallar Şurasının, həmçiinin Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının rəhbərliyi ilə birgə fəaliyyət göstərir. Rayon Ağsaqqallar Şurasının işinə göstərdiyi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev cənablarına Daşkəsən ağsaqqalları adından öz dərin minnətdarlğımı bildirirəm .
Rəsmi dövlət bayramlarına, ictimai-siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrə dair ictimaiyyət nümayəndələrinin, ağsaqqallarımızın iştirakı ilə tədbirlər keçirilmişdir. Bu sahədə də Daşkəsən ağsaqqalları xüsusilə fərqlənmişdir.
Rayon Ağsaqqallar Şurasının sədri məruzəsində qeyd etmişdir ki, bizim uğurlarımıza hər vəchlə maneçilik etmək istəyən qüvvələr mövcuddur. Düzdür, bu qüvvələr nə qədər çalışsalar da heç nə edə bilməzlər. Lakin, onlar əhali içərisində müvəqqəti çaşqınlıqlar yarada bilərlər. Biz belə ünsürlərə qarşı barışmaz olmalıyıq. Bu işdə ağsaqqalların üzərinə daha çox yük düşür. Hər birimiz öz imkanımız, bacarığımız daxilində belələrinə qarşı amansız olmalı, xüsusilə gənclərin, onların təsiri altına düşməsinə yol verməməliyik. Daşkəsən ağsaqqallarının məramı budur. Bu il respublikamızda Prezident seçkiləri keçiriləçəkdir. Bu dövrdə dediyim ünsürlər daha aktivləşməyə can atacaqlar. Əminəm ki, sağlam qüvvələrimiz onların qarşısını qətiyyətlə alacaqlar.
Çıxışımın sonunda Azərbaycan Respublikası Ağsaqqallar Şurasını, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev cənablarını əmin edirəm ki, Daşkəsən ağsaqqalları bundan sonra da Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycanımızın firavanlığı və çiçəklənməsi naminə apardığı daxili və xarici siyasətini, qarşıdan gələn Prezident seçkilərində onun namizədliyini qətiyyətlə dəstəkləyəcək, hər bir sahədə hörmətli Prezidenimizə yardımçı olacaqlar. “Yeni Daşkəsən” layihəsinin yerinə yetirilməsində ağsaqqallarımız ön sırada gedəcəklər.
Məruzə ətrafında ağbirçək müəllimə Adilə Məmmədova, Daşkəsən rayon Ağsaqqallar Şurasının üzvü Elman Məmmədov və Rayon Təhsil şöbəsinin metodisti Tofiq Qənbərov çıxış edərək, möhtərəm Prezidentimizə ölkədə aparılan böyük tikinti, quruculuq işlərinə və sürətli inkişafa görə dərin minnətdarlıqlarını bildirmiş, Daşkəsən ağsaqqallarının, ağbirçəklərinin onun ətrafında həmişə olduğu kimi daha sıx birləşdiklərini qeyd etmiş, ona növbəti Prezident seçkilərində uğurlar arzulamışlar.
Sonra Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri, müavinləri, İdarə Heyətinin yeni tərkibi və Respublika Ağsaqqallar Şurasının qurultayına rayondan nümayəndə seçilmişdir.
Daşkəsən rayon Ağsaqqallar Şurasının konfransında rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə göstərilən diqqət və qayğı üçün, “Yeni Daşkəsən” layihəsinin uğurlu həllinin daha da sürətləndirilməsi sahəsindəki qayğıkeşliyə görə dönə-dönə minnətdarlıq ifadə olundu, cənab Baş Nazir Artur Rasi-zadəyə, Baş Nazirin müavini Abid Şərifova və Maliyyə Naziri Samir Şərifova məktub vasitəsilə müraciət ünvanlandı.

 

Keçidlər