Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN ŞƏHƏRİNDƏ SON GÜNLƏR ƏLVERİŞSİZ İQLİM ŞƏRAİTİNİN VURDUĞU ZİYANLARIN ARADAN QALDIRILMASI MƏQSƏDİLƏ 12 OKTYABRDA ABADLIQ-BƏRPA İŞLƏRİ HƏYAT KEÇİRİLİB

12 oktyabr 2017 | 16:00

 

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ 12 OKTYABR TARİXDƏN RAYONDA SON GÜNLƏR İNTENSİV DOLU, LEYSAN YAĞIŞLARI, GÜCLÜ KÜLƏK VƏ ƏLVERİŞSİZ TƏBİƏT HADİSƏLƏRİ NƏTİCƏSİNDƏ TAM YARARSIZ VƏZİYYƏTƏ DÜŞMÜŞ DAŞKƏSƏN ŞƏHƏRİNİN YOLLARININ ASFALTLAŞMASINA, YAŞAYIŞ BİNALARININ FASAD DİVARLARININ TƏMİR-BƏRPASINA VƏ BİR ÇOX İŞLƏRİN GÖRÜLMƏSİNƏ BAŞLAMIŞDIR

Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət Başçısının qarşıda duran vəzifələrlə bağlı nitqindən irəli gələn məsələlərlə əlaqədar olaraq Daşkəsən rayonunda sosial-iqtisadi, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətində qərargah yaradılmış, bir çox işlər görülməyə başlanmışdır.
Cəbhə bölgəsində yerləşən, strateji əhəmiyyətli Daşkəsən rayonunun mürəkkəb coğrafi relyefi, soyuq, sərt iqlim şəraiti olduğu üçün son günlər rayon ərazisində baş vermiş intensiv dolu, leysan yağışları, dağlarda qar və külək ilə müşayiət olunan əlverişsiz təbiət hadisələri nəticəsində sel-suları Daşkəsən şəhərindəki su tutucu, ötürücü quyuları, kanalları yararsız hala salmış, şəhərin yolları, yol kənarı istinad divarlarının bir çox hissələri uçaraq dağılmış, beton bordürlərin, səkilərin tomet üzlük daşları, yaşayış binalarının fasadları, ümumiyyətlə, şəhərin infrastrukturu tam yararsız vəziyyətə düşərək şəhər sakinlərinin yaşayış şəraitini çətinləşdirmişdir.
Yaranmış son günlər hazırkı vəziyyətlə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti öz daxili imkanları hesabına şəhərdə abadlıq-quruculuq və ən əsası şəhərin dağılmış yollarının yeni asfalt örtüyü salınmaqla təmir-bərpa işlərini həyata keçirir.
Oktyabrın 12-də əlverişsiz hava şəraitinin olmasına, yağışın yağmasına baxmayaraq, maşın-mexanizmlər çətinliklə də olsa, Daşkəsən şəhərinin küçələrində yeni asfalt örtüyünün salınmasına başlamışdır. Asfaltlaşma, o cümlədən təbiət hadisələrinin doğurduğu təbii fəlakətlər nəticəsində Daşkəsən şəhərinin ərazisinə dəymiş ziyanların aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri böyük ruh yüksəkliyi ilə davam etdirilir, qışa hazırlıq işləri də görülür.
2018-ci ilin mart ayında Daşkəsən şəhərinin salınmasının 70 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlərin təntənəli, yüksək səviyyədə təşkil edilməsinə də hazırlıq işləri aparılır.
Müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin “Yol iqtisadiyyatdır, mədəniyyətdir, bir sözlə, həyat deməkdir” tarixi kəlamı, devizi ilə ölkəmizdə yol infrastrukturunun yenilənməsi sahəsində ardıcıl uğurlu islahatların həyata keçirilməsinə, xüsusilə avtomobil yollarının çəkilişinə Daşkəsən şəhərində yolların təmir-bərpasının, yeni asfalt örtüyünün salınmasının özü də parlaq bir nümunədir.
Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən sonra da Rayon İcra Hakimiyyəti olaraq əmin edirik ki, müstəqil Azərbaycan Respublikasının bütün sahələrdə olan inkişafına, sabitliyinin qorunmasına və rayon sakinlərinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək rayonumuzun çətin, mürəkkəb coğrafi relyefi və sərt iqlim şəraitinə baxmayaraq, ölkə Rəhbərinin tapşırıq və tövsiyələrini, qarşıda duran vəzifələri daim rayonumuzda yerinə yetirəcək, bu yolda var-qüvvəmizi əsirgəməyəcəyik.
Bütün daşkəsənlilər adından sakinlərimizin rahatlığı üçün görülən işlərə və rayonumuza hər zaman göstərdiyi ali diqqət və qayğıya görə bir daha da Dövlət Başçımıza öz dərin minnətdarlığımızı və xoş arzularımızı bildiririk.

Keçidlər