26.11.2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq “Rayonun mədəniyyət müəssisələrinin və Daşkəsən şəhər uşaq incəsənət məktəbinin fəaliyyəti" müzakirə olunub.
İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək gündəlikdəki məsələnin aktuallığını vurğulayıb, əldə olunan uğurlar, mövcud çatışmazlıqların aradan qaldırılması yolları və qarşıda duran vəzifələr barədə danışıb.
"Rayonun mədəniyyət müəssisələrinin və Daşkəsən şəhər uşaq incəsənət məktəbinin fəaliyyəti" haqqında RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin hazırladığı arayış dinlənilib.
Məruzə ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub.
Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.