26 Sentyabr - Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əmakdaşlarının peşə bayramı günüdür
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır. 2020-ci il 16 mart tarixində Azərbaycan Respublikası Prezidentinin 957 nömrəli Fərmanı ilə həmin Agentliyin bazasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsis olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli Sərəncamı ilə 26 sentyabr Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı kimi təsis olunub.
26 Sentyabr - Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, gələcək məsul dövləti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.