Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov vətəndaşların qəbulunu keçirib

28 sentyabr 2017 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Daşkəsəndə  Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul etmişdir.
 Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilə Ekologiya və Təbii Sərvətlər naziri hörmətli Hüseynqulu Bağırov keçirilən qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad etdilər..
Qəbul zamanı vətəndaşların şikayət və təklifləri dinlənilmiş, müraciətlərinə baxılmışdır. Vətəndaşların müraciəti əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olmuşdur.
Hər bir vətəndaşın probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Eyni zamanda da verilən müxtəlif təkliflər, şikayət xarakterli müraciətlər tədbirlərin görülməsi üçün nəzarətə götürülmüşdür.
Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Vətəndaşlar yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər