Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə ABAD (Alilə Biznesinə Asan Dəstək) görüş keçirib

23 sentyabr 2017 | 16:00

23 sentyabrda Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Ailə Biznesinə ASAN dəstək” tərəfindən ailə biznesinin qurulması ilə bağlı işgüzar görüş keçirilib.
Maarifləndirmə məqsədi daşıyan görüşdə  “ABAD” publik şəxsin direktor müavini Ülvi Bədəlov, layihələrin idarə edilməsi və logistika departamentinin müdiri Araz İsmayılov, qurumun beynəlxalq əlaqələr üzrə mütəxəssisi Ayşən Quliyeva, Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan şəxslər iştirak edib.
Tədbiri  giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Azər Hacıyev çıxışında qeyd edib ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dəstəklədiyi “ABAD”-ın lahiyəsi çərçivəsində Daşkəsəndə sənətkarların fəaliyyətinin artırılması və ailə biznesinin yaradılmasına köməklik göstərilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir.  
“ABAD” publik şəxsin direktor müavini Ülvi Bədəlov layihə haqqında geniş məlumat verərək deyib ki, görüş həm də xoş bir günə təsadüf edir. Bu gün “ABAD” ın bir yaşı tamam olur. Ona görə ki, Prezident cənab İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Ailə Biznesinə ASAN dəstək” publik hüquqi şəxsi yaradılmışdır.
Ü.Bədəlov həmçinin bildirib ki, hazırda “ABAD” kənd təsərrüfatı məhsullarının emalı malları və dekorativ-tətbiqi xalq sənətkarlığı məhsulları olmaqla əsasən 2 sahədə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək göstərir. Layihə çərçivəsində bu günədək 165-dən çox ailəyə və sahibkara köməklik göstərilib. Qurum Daşkəsən rayonunda da öz layihələrini həyata keçirəcəkdir. 
“ABAD” publik şəxsin layihələrin idarəedilməsi və logistika departamentinin müdiri Araz İsmayılov  çıxışında vurğulayıb ki,  belə bir görüşün keçirilməsində əsas məqsəd rayonun təcrübəli sənətkarlarını üzə çıxarmaq və onların səriştəsindən istifadə etməklə cavan sənətkarları da bu sahəyə cəlb etməkdir. O həmçinin deyib ki,  onlara “Master class” dərsləri verməklə daha da peşəkar olmalarına yardım ediləcəkdir. Sənətkarların təqdim etdiyi bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” etiketi yerləşdirilir. Bu loqotip və “ABAD” etiketinin olması həmin məhsulun həm də orijinallığından xəbər verir.
Görüşdə iştirak edən dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan yerli sənətkarların təklifləri dinlənilib, onların əlaqə vasitələri qeydə alınıb.
Görüşdə bir sıra məsələlər müzakirə olunub, iştirkaçıları maraqlandıran bir sıra suallar cavablandırılıb.

Keçidlər