Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“DAŞKƏSƏN FİLİZSAFLAŞDIRMA” ASC-DƏ QURBAN BAYRAMI QEYD EDİLİB

30 avqust 2017 | 16:00

 

“DAŞKƏSƏN FİLİZSAFLAŞDIRMA” ASC-DƏ QURBAN BAYRAMI QEYD EDİLİB

30 avqustda “Daşkəsən Filizsaflaşdırma” ASC-də Qurban bayramı münasibətilə tədbir keçirilib. Kombinatın inzibati binasının qarşısında açıq havada təşkil olunmuş bayram tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev iştirak edib. Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bayram tədbirində çıxış edərək deyib:
- Bütün dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdikləri müqəddəs Qurban bayramı münasibətilə sizləri təbrik edir, hər birinizə möhkəm cansağlığı, bol ruzi-bərəkət, ailə səadəti arzulayıram.
“Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə "Daşkəsən Filizsaflaşdırma" ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmişdir və yaxın günlərdə tezliklə həmin investisiya müsabiqəsi uğurla başa çatacaqdır.
Bu, bir daha da ölkə Prezidenti cənab İlham Əliyevin biz daşkəsənlilərə, Daşkəsənin gələcəyinə ali qayğının ən bariz göstəricisidir.
Fürsətdən istifadə edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi Daşkəsən rayon ictimaiyyəti və şəxsən özadımdan mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı yetiririk!
Bu gün ölkəmizdə qara metallurgiya sahəsində təcrübəli, tanınmış, potensial imkanları geniş olan, Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rol oynayan qabaqcıl poladəritmə müəssisəsinin Baku Steel Company MMC-nin rəhbəri Rasim Məmmədova da “Daşkəsən Filizsaflaşdırma” ASC-nin işçilərinə göstərdiyi diqqətə görə təşəkkür edirik.
İnanırıq ki, yaxın gələcəkdə “Daşkəsən Filizsaflaşdırma” ASC  ən müasir texniki avadanlıqlarla təchiz edilərək yenidən qurulacaqdır. Kombinatın tam gücü ilə işə düşməsi, demək olar ki, həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli olan məsələlər tam öz həllini taparaq Daşkəsən regionda inkişaf etmiş pilot bir rayona çevriləcəkdir.
Qurban bayramınız bir daha da mübarək olsun!
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müəssisənin işçilərinə “Qurban” sovqatlarını təqdim edib, müəssisədə çalışan şəhid ailəsindən olan Allahverdiyev Elçin Qulu oğluna və digərlərinə pul yardımı göstərib.

Elmar VÜQARLI
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ

 

Keçidlər