QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEVİN DAŞKƏSƏNLİLƏRƏ TƏBRİKİ
Əziz daşkəsənlilər!
Sizi dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi müqəddəs Qurban bayramı münasibəti ilə Rayon İcra Hakimiyyəti adından ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunan Qurban mərasimləri insanları sülh, əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən respublikamızda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi Dövlət Başçısının İslam dininə verdiyi ali dəyərin bariz göstəricilərindəndir. Ölkəmizin hər yerində xalqımızın və dövlətimizin sabitliyi və əmin-amanlığı üçün möhtərəm Prezidentimizə dualar edirik. Uca Allahdan möhtərəm Prezidentimizə uzun ömür, ailəsinə xoşbəxtlik, ölkəmizin inkişafı naminə gördüyü şərəfli işlərində yeni-yeni uğurlar, rəhbərlik etdiyi böyük nüfuzu olan Dövlətimizə ruh yüksəkliyi, xalqımıza firavanlıq diləyirəm.
Əziz bacı və qardaşlarım!
Bu müqəddəs Qurban bayramında etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Tanrı dərgahında qəbul olunsun.
Sizləri şəxsən öz adımdan müqəddəs Qurban bayramı münasibətilə bir daha təbrik edirəm, hər birinizə möhkəm cansağlığı, süfrələrinizə bol ruzi, ailə səadəti, dualarınızın Uca Allahdan qəbul olunmasını arzulayıram.
ƏHƏD ABIYEV
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI