Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN YARADILMASI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLİB

15 avqust 2017 | 16:00

 

15 avqust tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq  münasibətlərinin tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər  haqqında”  7 mart  2016-cı il tarixli 818 nömrəli  Fərmanından irəli gələn məsələlərin Daşkəsən rayonunda da icrası ilə bağlı müşavirə keçirilib. Müşavirədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi professor Ramiz Quliyev, rayonun aidiyyəti üzrə idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndləri, KİV mənsubları iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev  müşavirəni giriş sözü ilə açaraq demişdir:
-Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin Respublikada torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanında nəzərdə tutulmuş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkəmizin bütün ərazilərində və bölgələrində maarifləndirmə işlərinin keçirilməsi ilə bağlı təşkilati dəstəyin verilməsi yerlərdə yerli icra hakimiyyəti orqanlarına tapşırılmış və bələdiyyələrə tövsiyə edilmişdir.
Qeyd edim ki, sözügedən Fərmanın rayonumuzda da icrası ilə əlaqədar olaraq cari ildə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Bunun nəticəsində də dəqiq torpaq balansına  nail olunacaq, torpaqlardan istifadədə olan mövcud uyğunsuzluqlar aradan qaldırılacaq, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı prosesi sürətlənəcək, rayon ərazisindəki torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin  qorunması, torpaqların mühafizəsi sahəsində geniş imkanlar yaranacaqdır.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi, ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, eləcə də  bələdiyyə xəritələrinin hazırlanması yerlərdə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçiriləcəkdir.
Qeyd edim ki, müşavirəmizdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi hörmətli professor Ramiz Quliyev iştirak edir və  hörmətli professorun bu barədə ətraflı məruzəsi olacaqdır.
  Əmin edirik ki, Ölkə Prezidentimiz cənab İlham Əliyevin 7 mart  2016-cı il tarixli, 818 nömrəli  Fərmanından irəli gələn məsələlər Daşkəsən rayonunda uğurla icra edilərək yüksək səviyyədə yekunlaşacaqdır.
Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev geniş məzmunlu məruzəsində qeyd etmişdir ki, artıq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinə 29 rayonda start verilmiş və 12 rayonda işlər tamamlanmış, 14 rayonda isə tamamlama ərəfəsindədir.
Ramiz Quliyev həmçinin qeyd etdi ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə ölkədə torpaq ehtiyatlarının idarə olunmasında, torpaq balansının tərtib edilməsində, torpaqlardan daha səmərəli istifadə olunması ilə müvafiq təkliflərin hazırlanmasında, torpaq mülkiyyətçilərinə və istifadəçilərinə subsidiyaların verilməsində, torpaq hüquq münasibətlərinin tənzimlənməsində, torpaq bazarının təşkilində, torpaq üzərində hüquqların qeydə alınmasında, bir sözlə torpaq üzərində bütün münasibətlərin tənzimlənməsində  mövcud olan bir sıra problemlərin həlli təmin ediləcəkdir.
Müzakirə şəraitində davam edən tədbirdə bir sıra məsələlərlə bağlı suallar cavablandırılmışdır.
ELMAR  VÜQARLI
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ

Keçidlər