Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Yaponiya Hökumətinin dəstəyi ilə yeni içməli su xətti istifadəyə verilib

26 iyul 2017 | 16:00

26 iyulda Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində Yaponiya Hökumətinin dəstəyi ilə “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində  “Yuxarı Daşkəsən qəsəbəsinin içməli  su təchizatının yaxşılaşdırılması” layihəsi çərçivəsində qəsəbədə yeni inşa olunmuş bulaqların açılış mərasimi keçirilib. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri  Teruyuki Katori, Yaponiya Səfirliyinin 1-ci müşaviri  Takaaki Usui, Yaponiya Səfirliyinin layihələr üzrə mütəxəssisi Aysel Məmmədli, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev,  “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, layihənin rəhbəri Əliməmməd Nuriyev, rayon sakinləri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Yaponiya və Azərbaycan himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edib. Səfir Teruyuki Katoriyə Yuxarı Daşkəsən qəsəbəsinə su xəttinin çəkilişinə görə rayon ictimaiyyəti və öz adından minnətdarlığını bildirmişdir.  
Tədbirdə həmçinin Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori,  “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, eyni zamanda da layihə rəhbəri  Əliməmməd Nuriyev çıxış etmişlər. Qeyd etmişlər ki, sözügedən layihə üzrə qrant müqaviləsi cari ilin 6 mart tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə imzalanıb. Layihə çərçivəsində 8,1 km su borusu çəkilmiş, 30 ton həcmində ehtiyat su anbarı və 3 bulaqdan ibarət olan yeni su təchizatı sistemi tikilmişdir. Bu da 3000 nəfərdən çox yerli sakinin suya olan ehtiyacını ödəməyə imkan verəcəkdir. Layihənin ümumi məbləği 82,765 ABŞ dolları təşkil edir.
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori rəmzi lenti kəsərək bulağın açılışını etmişlər.
Yuxarı Daşkəsən qəsəbəsinə yeni içməli su xəttinin çəkilməsini qəsəbə sakinləri böyük sevinc hissi ilə qarşılayaraq bu işdə zəhməti keçən hər bir kəsə öz təşəkkürlərini bildirmişlər.
Təntənəli açılış mərasiminin sonunda xatirə şəkli çəkilib.

 

Keçidlər