24.05.2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulu keçirilib
24 may 2024 | 16:58
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Qəbulda 24 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən məşğulluq, maddi yardım olunması, pensiyanın təyin olunamsına kömək edilməsi, yaşadığı binanın ətrafının abadlaşdırılması və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.