Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ƏNƏNƏVİ “SON ZƏNG” TƏDBİRLƏRİ KEÇİRİLDİ

14 iyun 2017 | 16:00

14 iyun 2017-ci il tarixdə Daşkəsənin tam orta məktəblərində ənənəvi “Son zəng” tədbirləri təntənəli və yüksək təşkilatçılıqla qeyd olunub. Rayonun 26 tam orta məktəbində keçirilən tədbirlərdə məktəblərin kollektivləri, valideynlər və şagirdlər böyük hazırlıq işləri aparmış, “Son zəng”in bütün məzunların və iştirakçıların uzun illər yadında qalacaq əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər. Rayonun tam orta məktəblərində təhsil alan şagirdlərin 233 nəfəri bu il məzun adını qazanmışdır.
Əvvəlcədən tərtib edilmiş qrafikə uyğun olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal rol oynayan nümayəndələr də “Son zəng” şənliklərində iştirak ediblər. İştirakçılar Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin səmimi təbriklərini çatdımış, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə Daşkəsən rayonunda həyata keçirilən layihələr barədə danışmış, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamışlar. Ulu Öndər Heydər Əliyevin dünyada müəllim adından uca da tanımadığını deməsi vurğulanmış, məzunlara müəllimlərin zəhmətini itirməmələri, ali məktəblərə qəbul olunmaları üçün var gücləri ilə çalışmaları, ölkəmizə və xalqımıza layiqli vətəndaş olmaları tövsiyə olunmuşdur.
          Xüsusilə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xalqımızın gələcəyi olan uşaqlara və gənclərə göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Daşkəsən rayonunda da öz əksini tapmışdır. Son illərdə rayonda inşası aparılmış tikinti, genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yeni-yeni məktəb binaları tikilmiş, əsaslı təmir edilmiş və bütün təhsil ocaqları hər bir lazımi avadanlıqla təchiz olunmuşdur.
Ənənəvi “Son zəng” tədbirlərində daha sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, daha sonra son zəng çalınmışdır.

Keçidlər