Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib.

08 iyun 2017 | 16:00

Daşkəsən şəhəri Dövlət Arxivinin binasında keçirilən qəbulda Gəncə, Daşkəsən, Samux, Göygöl, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
Qəbulda əsasən dövlət qulluğuna və ali təhsilin magistratura səviyyəsinə qəbul, buraxılış imtahanları və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Görüş zamanı müraciət edən bütün vətəndaşlar M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Keçidlər