Daşkəsən rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
22 fevral 2017-ci il tarixdə Daşkəsən rayonunda 2016-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Daşkəsən rayonundan Milli Məclisə deputat seçilmiş millət vəkili Kamran Bayramov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Yığıncaq iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlamışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış etmişdir. O məruzəsində demişdir:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizin birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Hamının gözlədiyi bu yeni təyinat nəinki Azərbaycanda, dünyada yaşayan milyonlarla soydaşlarımızın ürəyincə olmuş, ölkəmizə mühüm tarixi bir hadisənin sevincini yaşadır. İnanırıq ki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi, hörmətli Prezidentimiz cənab İlham Əliyevin ən yaxın silahdaşı olacaq, dövlətimizin, vətənimizin inkişafı üçün çox böyük işlər görəcək və gələcəkdə ən yüksək qələbələr əldə etmək üçün şərəfli töhfələr verəcəkdir.
Bu əlamətdar mühüm tarixi hadisə münasibətilə, göstərmiş olduğu yüksək etimada görə Dövlət Başçımıza dərin minnətdarlığımızı bildirir, bütün daşkəsənlilər və şəxsən öz adımdan Mehriban xanım Əliyevanı bu mötəbər təyinatla bağlı təbrik edir, Ona yüksək dövləti fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
Cənab Prezident İlham Əliyev ötən gün Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanı Birinci vitse-prezident kimi təqdim edərkən bildirmişdir: “Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi Mehriban bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yüksək etimad münasibətilə dövlət başçımıza təşəkkürünü bildirmiş və qeyd etmişdir:
- Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında keçən ilin sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmiş, sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olmuşdur.
Bu gün çox sevindirici haldır ki, Azərbaycan beynəlxalq arenada siyasi, iqtisadi və enerji təhlükəsizliyini təmin edən əsas sabit, müstəqil ölkələrdən biridir. Planetin super dövlətlərinin Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah
rəisinin, ordu generallarının yüksək səviyyəli görüşü 16 fevral tarixində məhz Bakıda keçirilib. Bu böyük bir diplomatik nailiyyətdir. Qlobal məkanda təhlükəsizlik və əməkdaşlıq məsələləri, dünyanın hərbi, siyasi mənzərəsi məhz Azərbaycanda müzakirə edilib. Bu təsadüfi deyil. Möhtərəm Prezidentimizin dünyada etibarlı tərəfdaş, beynəlxalq səviyyəli siyasi lider kimi qəbul edilməsi, aparmış olduğu müstəqil uğurlu siyasətin dünya lider dövlətlərinin ölkəmizə çox böyük hörmətlə yanaşmalarının nəticəsidir.
Bu gün Qarabağa böyük qayıdışın Cocuq Mərcanlıdan başlanması artıq dünyanın diqqətindədir. Ölkəmizdə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilat nümayəndələri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və Lələtəpənin işğaldan azad edilməsi, erməni vəhşilikləri ilə tanış olurlar. Cocuq Mərcanlının bərpa planı tam hazırdır. Bu da xalqımızın öz torpağını sevməsinin dünya ictimaiyyətinə çox mühüm mesajıdır. Azərbaycan dövləti tezliklə bütün Qarabağda abadlıq-quruculuq işlərinə başlayacaqdır.
Son günlər ölkəmizdə böyük tarixi hadisələr, uğurlu proseslər gedir. Onların biri də Aleksandr Lapşinin ölkəmizə gətirilməsidir. Bu Dövlətimizin bir diplomatik qələbəsi ilə yanaşı, həm də Azərbaycan-Belarus dostluğunu, dövlətimizin dünyadakı gücünü göstərir. Prezidentimizin bugünlərdə Münhenə olan səfəri də, orada yüksək səviyyədə keçirilən görüşlər də buna bariz nümunədir. Bax budur Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi.
Ölkəmizin hər yerində son illərdə geniş vüsət alan quruculuq və abadlıq işləri Daşkəsən rayonunun timsalında aydın görünür. 17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Daşkəsənə tarixi səfərini daşkəsənlilər bu gün də sevinc hissi ilə xatırlayırlar və biz indi də həmin səfərin doğurduğu yüksək xoş əhval-ruhiyyənin içərisindəyik. Səfər çərçivəsində cənab Prezident şəhərin mərkəzi meydanında ucaldılan Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoymuş, yeni qurulmuş Heydər Əliyev Mərkəzində olmuşdur. Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni tikilmiş inzibati binasının, Avtovağzal kompleksinin, Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışlarında iştirak etmişdir.
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2016-cı ildə bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.
2016-cı ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 2,9 faiz çox olmuşdur.
Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir.
Ümumilikdə rayon üzrə 2016-cı ildə 877 daimi olmaqla, 972 yeni iş yeri açılmışdır.
2016-cı il ərzində 500 nəfər rayon ərazisində mövsümü təmir-tikinti işlərinə cəlb edilmişdir.
Cari ildə də rayonda müxtəlif qurumlarda olan 142 müvəqqəti iş yerləri saxlanılaraq vaxtı uzadılmış və əlavə olaraq 9 yeni iş yerləri açılmışdır.
Hesabat ilində rayonda əhalinin sayı əvvəlki ilə nisbətən 382 nəfər artaraq 34 min 808 nəfər olmuşdur.
Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3540 nəfər) və 321 məcburi köçkün ailəsi (976 nəfər) yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir.
2016-cı ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 98,4 faiz, xərclər üzrə 94,4 faiz yerinə yetirilmişdir.
2016-cı il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
“Alunit” İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6 kV-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Kənd Təsərrüfatı idarəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır.
Quşçu həkim məntəqəsində əsaslı, Daşkəsən Rayon Mərkəzi Xəstəxana binasının dam örtüyündə cari təmir işləri görülmüşdür.
Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri aparılmışdır.
Daşkəsən şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəbin dam örtüyü və Daşkəsən qəsəbə tam orta məktəbin döşəməsi yenisi ilə əvəz olunmuş, istinad divarı tikilmiş, Bayan kənd ümumi orta məktəbin istinad divarında gücləndirmə və bərpa işləri yerinə yetirilmişdir.
Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının fasadları və giriş blokları təmir olunaraq emulsiya ilə rənglənmiş, binaların bloklarının giriş
qapıları metal qapılarla, pəncərələri isə plastik pəncərələrlə əvəz olunmuşdur. Bu işlərə 37 nəfər fəhlə qüvvəsi cəlb edilmişdir.
2017-ci ildə də Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binasının bu qaydada təmir olunması nəzərdə tutulmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ qəsəbəsində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 2 fərdi yaşayış evinin tikintisinə başlanılmış və hazırda həmin obyektlərdə tikinti işləri davam etdirilir.
Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Bildiyiniz kimi gələn il Daşkəsən səhərinin salınmasının 70 illiyi tamam olur. Bununla bağlı müvafiq kompleks tədbirlər planı işlənib hazırlanmalı və hazırlıq işləri görülməlidir.
Cari ilin yanvar ayının 26-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.
Konfransda dövlət başçısı bildirib: “Məmurlar rüşvətxorluqla məşğul olmamalıdır. Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz "Asan Xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar".
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr vermişdir. Hazırda həmin istiqamətdə müvafiq işlər görülür.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri, akademik hörmətli Ramiz Mehdiyev 26 dekabr 2016-cı il tarixdə keçirilmiş geniş müşavirədə səsləndirilən irad və qeydlərlə əlaqədar Daşkəsən rayonunda da rayon İcra Hakimiyyəti, rayonun hüquq mühafizə orqanlarının, eləcə də idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə birgə müşavirə keçirilmiş, bir sıra məsələlər müzakirə edilməklə tədbirlər görülmüş, korrupsiya ilə əlaqədar müraciətlərə, ərizə və şikayətlərə baxılması müddəti müəyyən edilmiş, idarə, təşkilat və müəssisələrdə seminarlar, dəyirmi masalar təşkil olunmuşdur. Torpaq sahələrinin qanunsuz zəbt edilməsi hallarının qarşısının alınması, məmurların ictimaiyyəti maarifləndirmə işinin yaxşılaşdırılması, bələdiyyələr və kənd icra nümayəndələri üçün metodiki vasitələrin hazırlanmasına dair bir
sıra planlı tədbirlərin həyata keçirilməsi məqsədilə tapşırıqlar verilmişdir. Məmurların vətəndaşlara qayğı və həssaslıqla yanaşması və aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması üçün bir sıra ciddi tədbirlər görülmüşdür. Belə ki, rayon Təhsil şöbəsinin tabeliyində olan qurumlarda yol verilmiş qanun pozuntuları ilə bağlı mübarizə istiqamətində əsaslı kadr
islahatları aparılmışdır. Rayonda fəaliyyət göstərən ambulator poliklinikalarda təmir işləri aparılmış, pullu tibbi xidmət ləğv edilmişdir. Rayonda digər qanun pozuntuları ilə bağlı mübarizə istiqamətində də müvafiq konkret tədbirlər görülmüşdür. Belə ki, Rayon İcra Hakimiyyətinin sabiq işçisi, Hüquq şöbəsinin məsləhətçisi İlhamə Bayramova əməllərində yol verdiyi çox ciddi nöqsanlara, dövlət işindən kənar öz şəxsi hərəkətlərilə çoxsaylı vətəndaşlara qarşı dolayı yollarla dələduzluq və fırıldaqçılıq etdiyinə görə tutduğu vəzifədən azad olunmuş, həmçinin Yeni Azərbaycan Partiyası sıralarından xaric edilmişdir. Belə işindən kənar öz şəxsi fırıldaqçı hərəkətlərinə görə vətəndaşların müraciətləri əsasında rayon hüquq mühafizə orqanlarında onun barəsində faktlar üzrə hazırda Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 178-ci, yəni dələduzluq maddəsi ilə cinayət işi başlayıb, istintaq işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" Sərəncamına əsasən müxtəlif növ ixrac olunan məhsulların satışı məqsədi ilə azexport.az portalı yaradılmışdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az saytının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. Daşkəsən rayonu üzrə məlumatlar vaxtaşırı olaraq həmin portala yerləşdirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanın təmin edilməsi, bu istiqamətdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, həyata keçirilən işlərin vəziyyətinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 31 mart 2016-cı il tarixli 26 nömrəli sərəncamının icrası ilə əlaqədar işçi qrupunun iştirakı ilə Daşkəsən rayonunda 24 iyun 2016-cı il tarixdə yığıncaq keçirilmişdir. Yığıncaqda işçi qrupuna yığıncaq iştirakçıları tərəfindən bir sıra təkliflər verilmişdir.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
2016-cı ildə ümumilikdə 2178 hektar torpaq sahəsində kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bundan 1232 hektar kartof, 641 hektar buğda, 41 hektar arpa, 101 hektar tərəvəz, 55,2 hektar lobya, 45 hektar sahədə çoxillik otlar və digər əkin sahələri təşkil etmişdir.
2017-ci ilin məhsulu üçün 740 hektar sahədə taxıl səpilmişdir.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2016-cı il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir. Hazırda rayon ərazisində 4867 arı ailəsi vardır.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün müvafiq lazımi tədbirlər görülməlidir.
Böyük fərəh hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bunun üçün bizim Daşkəsən filiz yataqları kimi resurs bazamız var. Bu gün o yataqlardan çox səmərəsiz istifadə olunur, çıxarılan filiz sadəcə olaraq xammal kimi xaricə satılır. Yaxın aylarda biz o sahənin işini təmin edə bildik. Əfsuslar olsun ki, orada aylarla iş aparılmırdı. İnsanlar işsiz qalmışdılar, böyük borclar yaranmışdı. İndi orada sağlamlaşma prosesi gedir və biz bu böyük təbii resursdan çox səmərəli şəkildə istifadə etməliyik. Buna görə, bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Böyük
vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun və əminəm ki, istehsal olunacaq”.
Həqiqətən, metallurgiya kompleksinin, yeni istehsal filizsaflaşdırma zavodunun müasir formada tikintisi rayonumuzda işsizliyi aradan qaldıracaq, Daşkəsən pilot rayon olacaqdır.
Bütün daşkəsənlilər adından və şəxsən öz adımdan rayonumuza göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərimiz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Bildiyiniz kimi, “Yeni Daşkəsən” layihəsi elmi əsaslarla işlənib hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin işə salınması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Müəssisənin işə salınması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən 2013-cü ildən yazılı, həm də rayonumuzun “Daşkəsən” qəzetində vaxtaşırı olaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılırdı.
“Azərbayca Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi üzrə müsabiqə komissiyası yaradılmış və müsabiqə komissiyasının iclasları keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə Çovdar qızıl zavodunun daxil olduğu “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Möhtərəm cənab
Prezidentin 26 may 2016-cı il tarixli sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinə Zakir Zaur oğlu İbrahimov yeni sədr təyin edilmişdir.
Hörmətli Zakir İbrahimov yeni sədr təyin edildikdən sonra qısa müddət ərzində Çovdar qızıl zavodunun yüksək səviyyədə işə salınması üçün müvafiq hazırlıq görülür.
Yeni, müasir tipli Çovdar qızıl zavodunun istehsal edəcəyi yüksək əyarlı brend 999,9 əyarlı Daşkəsən qızılı ölkəmizə iqtisadi gəlir gətirməklə, dünyada şöhrət qazanacaqdır.
Hesabat ilində Rayon Təhsil şöbəsi və Rayon Mədəniyyət və Turizm şöbəsi üzrə struktur dəyişiklikləri ilə əlaqədar regional qurumların yaradılması, işsizliyin səviyyəsinin daha da artmasına səbəb olmuşdur.
2016-cı ildə rayon üzrə iqtisadi fəal əhali 16 min 879 nəfər olmuş, onlardan məşğul əhali 16 min 187 nəfərdir.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet istifadəçilərinin sayının artırılmasına və
rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.
2016-cı il ərzində 31 nömrəli Yol İstismarı MMC tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, yolların saxlanması və təmiri üzrə 752 min 700 manatlıq iş görülmüşdür.
Bildiyiniz kimi Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində 2 ədəd hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi isə 8 m olan körpülərin tikintisi başa çatdırılaraq 2015-ci ildə istifadəyə verilmişdir. Həmin körpülər 2016-cı ilin güclü payız leysan yağışlarından uğurla çıxmışdır.
“Yeni Daşkəsən“ ideyası rayonun yüksəlişindən və cənab Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Rayonun bütün daxili yollarının, körpülərin əsaslı təmiri üzrə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə, Baş Nazirə kompleks layihə təklifləri işlənib təqdim olunmuşdur.
3300 nəfər əhalinin yaşadığı, 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı” na daxil
edilmişdir. Artıq bu günlərdə həmin tədbirin həyata keçirilməsi barədə müvafiq sərəncamın verilməsi gözlənilir.
Daşkəsən rayonunda enerji daşıyıcılarından və içməli sudan səmərəli istifadə edilməsi və onların dəyərinin ödənilməsi üzrə rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış qərargahın fəaliyyəti daha da gücləndirilmişdir.
Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Elektrik şəbəkəsinin rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 6 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
Hesabat ilində rayonun Zağalı kəndində 90, Qazaxyolçular kəndində isə 68 abonent təbii qazla təmin olunmuş, Qaraqollar kəndində isə abonentlərin təbii qazla təmin olunmaları üçün işlər davam etdirilir. Həmin işlərin sürətləndirilməsi olduqca vacibdir.
Qaz Xidmət Sahəsi üzrə 2016-cı il ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 94,6%, ümumi ödəmə üzrə isə göstərici 88,8% olmuşdur. Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi aidiyyəti üzrə lazımi tədbirlər görməlidir.
Daşkəsən rayon Sukanal idarəsi üzrə 2016-cı il ərzində müəyyən işlər görülmüşdür. Lakin son vaxtlar havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar şəhər əhalisinə içməli suyun verilməsində bir sıra problemlər yaranmışdır.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılmış və həmin işlər davam etdirilir.
Bu layihə üzrə bir sıra işlər görülmüşdür. Həmin layihənin bu ilin sonuna kimi başa çatması nəzərdə tutulmuşdur. Mövcud iqlim şəraiti nəzərə alınaraq həmin sahə üzrə işlərin sürətləndirilməsi vacibdir. Bu mühüm tədbirin başa çatması nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 16.01.2015-ci il tarixdə imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Göygöl rayonunda 02-04 dekabr 2016-cı il tarixlərdə Daşkəsən rayon ümumtəhsil məktəblərində çalışan müəllimlərin və hərbi rəhbərlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılmış və həmin diaqnostik qiymətləndirmədə 560 müəllim və hərbi rəhbər iştirak etmişdir. 1 yanvar 2017-ci il tarixdən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmışdır.
Ötən dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 278 nəfər IX sinif şagirdi və 261 nəfər XI sinif şagirdinin hamısı ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat almışlar. Eləcə də tam orta məktəb məzunlarımızdan 123 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdi. Onlardan 62 nəfəri ölkənin müxtəlif nüfuzlu ali və orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunan məzunlarımızdan 1 nəfəri 600-dən, 7 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Bu nəticə ötən illərlə müqayisədə ürəkaçandır.
Qeyd etmək lazımdır ki, hələ rayonun bəzi məktəblərində dərslərin keyfiyyəti və şagirdlərin dərsə davamiyyəti zəifdir. Kəndlərdə isə bu göstəricilər nisbətən daha aşağı səviyyədədir. Bu sahədə aidiyyəti üzrə müvafiq tədbirlər görülməsi vacibdir.
Rayon Texniki Peşə məktəbinin fəaliyyəti günün tələbləri səviyyəsində deyildir. Ümumilikdə Texniki Peşə məktəbinin maddi-texniki bazasının yenidən qurulmasına ehtiyac vardır. Rayonun qəsəbə və kəndlərində yeni məktəblərin tikintisinə, əsaslı təmiri olduqca vacibdir. Bu məsələlərlə bağlı Təhsil Nazirliyi müvafiq kömək göstərməlidir.
Rayonun təhsil sahəsində bütün mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin fevral ayının 15-dən 02 may 2016-cı il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günləri təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon Mərkəzi Xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçmişlər. 49 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 21774 nəfər tibbi müayinədən keçmiş, 22 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 90 nəfər Daşkəsən rayon Mərkəzi Xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 173 nəfərə isə ambulator müalicə yazılmışdır.
Artıq 2017-ci ildə də əhalinin tibbi müayinədən keçirilməsi tədbirinə başlanmışdır.
2016-cı ildə rayon əhalisinə 110 çarpayılıq 3 xəstəxana, 5 həkim ambulatoriyası, 23 tibb məntəqəsi və 1 qadın məsləhətxanası xidmət göstərmişdir.
Daşkəsən rayon Mərkəzi Xəstəxanasının stasionarlarına 2016-cı ildə 775 nəfər xəstə qəbul olunmuş, həmin xəstələr tərəfindən 14273 çarpayı günü keçirilmişdir.
Rayonun səhiyyə sahəsində kadr çatışmazlığı, kəndlərdə lazımi tibb məntəqələrinin olmaması, lazımi avadanlıqlarla təchiz edilməməsi, rayonda səhiyyə sahəsində mövcud olan əsas problemlərdəndir.
Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi həmin problemlərin aradan qaldırılması üçün konkret tədbirlər görməli, bu problemlərlə bağlı Səhiyyə Nazirliyi qanunamüvafiq qaydada öz köməkliyini göstərməlidir.
Rayona investorların cəlb olunması üçün əlverişli şərait yaradılmış, yerli resursları nəzərə almaqla digər sahələrlə yanaşı turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.
Qeyd etmək lazımdır ki, hələ yerlərdə mədəniyyət obyektlərində mədəni-kütləvi tədbirlərin keçirilməsi sahəsində obyektlərin müasir tələblərə cavab verməməsi səbəbindən bir çox problemlər vardır. Şəmkir Regional Mədəniyyət və Turizm idarəsi qısa müddətdə bütün sahələrdə əsaslı dönüş yaradılmasını, problemlərin aradan qaldırılmasını aidiyyəti nazirliklə birgə təmin etməlidir.
Hesabat ilində rayon üzrə idman yarışları və digər sahələrdə 14975 gəncin iştirak etdiyi 67 tədbir həyata keçirilmişdir.
2016-cı ildə rayonumuzun idmançıları 5 qızıl, 10 gümüş, 14 bürünc medal olmaqla 29 medal qazanmışlar.
Daşkəsən rayonu ərazisində 4 siyasi partiya, 14 qeyri-hökumət təşkilatı və 1 dini icma qurum qeydiyyatdan keçmişdir.
Rayon ərazisində fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə işlər aidiyyəti üzrə müvafiq qanun-qaydalara uyğun olaraq aparılmış, onların fəaliyyətinə nəzarət edilmişdir.
Hesabat ilində rayonda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatlarla, milli azlıqlarla aidiyyəti üzrə işlər aparılmış, bu sahədə rayonda tam sabitlik, tolerantlıq şəraiti mövcud olmuşdur.
Rayonda dini durumun sabitliyi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunmuş, həmçinin dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilmişdir. Milli və dini ayrı-seçkiliyə, Azərbaycanda yad olan təriqətlərə qarşı iş aparılmışdır.
2016-cı ildə dövrü olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının orqanı olan «Daşkəsən» qəzeti çap edilmişdir. Rayonda ictimai-siyasi işin təşkilində “Daşkəsən” qəzetinin imkanlarından istifadə olunmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələləri şöbəsi rayonda ictimai-siyasi, təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələri üzrə bütün mövcud problemlərin həll edilməsi üçün əməli, konkret işlər görməli, səmərəli, real nəticə verən fəaliyyət göstərməlidir.
2016-cı ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, şəhər, qəsəbə və kənd icra nümayəndəliyi, bələdiyyələr və sahibkarlar tərəfindən 11 min 940 manat məbləğində vəsait ödənilmişdir.
Rayon İcra Hakimiyyətinin və əlaqədar orqan və təşkilatların yaxından köməklikləri sayəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi 2016-cı il ərzində 172 nəfər gənci ordu sıralarına yola salmışdır. Beləliklə, rayon üzrə həqiqi hərbi xidmətə çağırışın nəzərdə tutulan göstəricisi tam yerinə yetirilmişdir.
Hesabat dövrü ərzində, rayonda ictimai asayiş təmin olunmuş, kriminogen vəziyyət daimi nəzarətdə saxlanılmışdır. Vətəndaşların qanunsuz olaraq tutulması, həbsə alınması halları olmamışdır.
2016-cı ildə rayon ərazisində cəmi 65 cinayət hadisəsi qeydə alınmışdır. Cinayət hadisəsinin açılması 84,9% yerinə yetirilmişdir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hesabat ilində rayon ərazisinin müxtəlif yerlərindən ümumi çəkisi 4 ton 380 kq olan təbii şəraitdə bitmiş çətənə kolları aşkar edilib yığılaraq qanunamüvafiq qaydada məhv edilmişdir.
Yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Yerli əhəmiyyətli məsələlərin həllində qeyri-dövlət sektorunun, o cümlədən bələdiyyələrin potensialından, imkanlarından istifadə edilmişdir. Bələdiyyələr tərəfindən “Bir bələdiyyəyə azı bir layihə” çərçivəsində hazırlanmış “Abad şəhər”, “Abad yol” və “İçməli su” kimi layihələrdə nəzərdə tutulmuş işlər yerinə yetirilmişdir.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 26 sentyabr 2016-cı il tarixdə Ümumxalq Səsverməsi – Referendum keçirilmişdir. Referendum Daşkəsən rayonunda yüksək, tam demokratik səviyyədə keçirilmiş, ümumi seçkilərin 65,5 faizi referendumda iştirak etmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında təsdiq olunmuş qrafikə uyğun olaraq yerlərdə keçirilmiş hesabat yığıncaqlarında 1883 nəfər iştirak etmiş, 181 nəfər çıxış etmişdir. Cəmi 135 təklif irəli sürmüşdür. Hesabat yığıncaqlarında bir sıra nöqsanlar aşkara çıxarılmış və onların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.
RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Meydanəli Yolçuyev inzibati ərazi dairəsi üzrə nümayəndələrinin ümumi fəaliyyətlərinin yaxşılaşdırılması, işdə mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini davam etdirməlidir.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə 08 fevral 2016-cı il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırov rayon sakinləri ilə görüş keçirmişdir.
09 iyun 2016-cı il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov 29 avqust 2016-cı il tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Gədəbəy və Samux rayonlarından olan vətəndaşları qəbul etmişdir.
20 sentyabr 2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucovun iştirakı ilə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilmişdir.
Rayonda hərbi səfərbərliyin yüksək səviyyədə təşkilinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov tərəfindən Dövlət Xidmətinin xüsusi təşəkkür plaketi Daşkəsən Rayon İcra Hakimiyyətinə təqdim etmişdir.
24 avqust 2016-cı il tarixdə 2016-cı il üçün rayonun mülki müdafiə sahəsində tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunları Mülki Müdafiə idarəsinin Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi tərəfindən Daşkəsən rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda kompleks Mülki Müdafiə təlimi keçirilmişdir. Kompleks təlimə Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, Rayon Fövqəladə Hallar Komissiyası, Rayonun mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunmuşdur. Kompleks təlimdə rayonun
hərbiləşdirilməmiş dəstələrinin 198 nəfər şəxsi heyəti və 34 ədəd müxtəlif tipli texnikası iştirak etmişdir.
06 iyun 2016-cı il tarixdən 05 iyul 2016-cı il tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyar olaraq xidmət göstərmişdir. “ASAN xidmət”in xidmətlərindən 3249 nəfər yararlanmışdır.
“ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Hesabat dövründə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasına diqqət daha da artırılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları ardıcıl olaraq təşkil edilmiş, çoxsaylı açıq qəbul günləri keçirilmişdir.
2016-cı ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına vətəndaşlardan daxil olmuş hər bir müraciət, ərizə və şikayət diqqətlə öyrənilmiş, həmin məsələlər obyektiv araşdırılmış, ərizə və şikayətləri doğuran səbəblər hərtərəfli təhlil olunmuş, vətəndaşlara aidiyyəti üzrə
cavablar verilmişdir. Ərizə və şikayətlərə baxılmasına diqqətin nəticəsi olaraq Daşkəsən rayonundan Prezident Administrasiyasına daxil olan ərizə və şikayətlərin sayı xeyli azalmışdır. “Azərbaycan” qəzetinin 16 fevral 2017-il tarixli nömrəsində 2016-cı il üzrə Respublikanın şəhər və rayonlarında vətəndaş müraciətlərinə baxılma vəziyyətinin təhlilini verən məqalə dərc edilmişdir. Məqalədə Daşkəsən rayonu müsbət qiymətləndirilmişdir.
2016-cı il ərzində 37 yaşayış məntəqəsində səyyar qəbul keçirilmiş, 1426 nəfər iştirak etmiş, 224 müraciət olunmuşdur. Səyyar qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq və göstərişlər verilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov ərizə və şikayətlərin vaxtında icra edilməsinə və kargüzarlıq işlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir.
2016-cı ildə də Rayon İcra Hakimiyyəti Başçısı Aparatındakı ayrı-ayrı komissiyalar aidiyyəti üzrə müvafiq əsasnamə və təlimatlara uyğun olaraq fəaliyyət göstərmişlər.
Hesabat ilində kadrların hazırlanması, seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması sahəsində müəyyən işlər görülmüşdür.
Hesabat ilində qadınların və gənclərin işə qəbul edilməsinə diqqət artırılmış, rayon İcra Hakimiyyəti Başçısı Aparatında işçilərin orta yaş səviyyəsi əvvəlki ilə nisbətən aşağı salınmış, kollektivdə mənəvi psixoloji şəraitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
“Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq 2016-cı ildə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 1 işçisi Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri hörmətli Zeynal Nağdəliyevin 01.02.2016-cı il tarixli məktubuna əsasən Rayon İcra Hakimiyyəti Başçısının 03.02.2016-cı il tarixli 08 nömrəli sərəncamı ilə qərargah yaradılmış, rayon icra hakimiyyəti ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və
qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflərin hazırlanması, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirməsi və görülən işlər barədə məlumatların hər ayın 1-də və 15-də qərargah tərəfindən Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin elektron ünvanına göndərilməsi təmin edilir.
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on üç il ərzində uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. Yanvarın 10-da Prezident Sarayında Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “Əminəm ki, ölkəmiz 2017-ci ildə uğurla inkişaf edəcək.
Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq...
... Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir...
...Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm”.
İcazə verin, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Çıxışlardan sonra açıq mikrafon qarşısında yerdən səsləndirilən müraciət və təkliflər dinlənilmiş, tədbir görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
2016-cı il ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatında fərqlənmiş bir qrup şəxslər Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.
Tədbirdə həmçinin Milli Məclisin üzvü Kamran Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış etmişlər.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunmuş, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Elmar VÜQARLI
AZƏRBAYCAN YAZIÇILARI BİRLİYİNİN ÜZVÜ