Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN TAPŞIRIĞINA UYĞUN OLARAQ ƏHALİNİN PULSUZ TİBBİ MÜAYİNƏSİ DAŞKƏSƏNDƏ UĞURLA DAVAM EDİR

16 fevral 2017 | 16:00

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin hərtərəfli tibbi müayinədən keçməsini təmin etmişdir.  
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2014-cü ildən əhali pulsuz tibbi müayinədən keçirilir. Bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayon icra hakimiyyətləri səhiyyə orqanları ilə birgə bütün təşkilati işləri həyata keçirir, əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görülür.
Xatırladaq ki, hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Daşkəsən rayonunda uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 15-dən Daşkəsən rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində rayon sakinlərinin tibbi müayinəsi başlanmışdır.
Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış Daşkəsən rayon Mərkəzi Xəstəxanasına səhər tezdən olmasına baxmayaraq, rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il fevralın 15-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir. Tapşırığın yüksək səviyyədə icrası ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki, bir neçə gün bundan əvvəl rayonun idarə, müəssisə, təşkilat və Mərkəzi Xəstəxanasının rəhbərliyinin, eləcə də rayon fəallarının iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə bir sıra məsələlər hər tərəfli müzakirə edilmiş, o cümlədən də Mərkəzi Xəstəxananın rəhbərliyinə müəssisədə tibbi avadanlıqları işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə müvafiq tapşırıqlar verilmişdir.  
RİHB-nin müavini N.Süleymanov daha sonra demişdir: “Daşkəsən rayon Mərkəzi Xəstəxanası müayinələrin aparılmasına tam hazırdır. Bu gündən etibarən xəstəxananın poliklinika şöbəsində müayinələrə start verilmişdir. Müayinələr əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında həyata keçirilir. Tibbi müayinələrə kənd əhalisi də cəlb olunacaqdır. Bu əhəmiyyətli tədbirin keçirilməsinin əsas məqsədi əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət göstərir. Əlbəttə, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin xalqımıza göstərmiş olduğu diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir”.
Daşkəsən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, eləcə də vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün rayon Mərkəzi Xəstəxanasının hazır vəziyyətə gətirildiyini bildirmişdir. O həmçinin vurğulamışdır ki, xəstəxana 34 min rayon sakininə xidmət edir. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər.
Rayon sakinləri ölkə vətəndaşlarının qayğısına diqqətlə yanaşdığına, onlara belə şəraiti yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər