Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

YAP Daşkəsən rayon təşkilatının fəalları ağacəkmə kompaniyasında

10 oktyabr 2012 | 15:00

Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə YAP Daşkəsən rayon təşkilatı tədbirlər planı hazırlamışdır.Tədbirlər planına uyğun olaraq ilk partiya təşkilatlarında yığıncaqlar, dəyirmi masalar keçirilməsi, Yunan-Roma güləşi üzrə yarışların təşkili, Gəncə şəhərində keçiriləcək futbol yarışına Daşkəsən komandasının hazırlanması və bir sıra digər mühüm işlər nəzərdə tutulmuşdur.
Əlamətdar günün qeyd edilməsi ilə bağlı rayon təşkilatını təmsil edən bütün ilk partiya təşkilatlarında işgüzar əhval-rühiyyə, təşəbbüskarlıq davam etməkdədir. Belə ki, bu gün rayonun YAP fəalları şəhər daxilində və rayonun digər ərazilərində fəaliyyət göstərən məktəbəqədər uşaq tərbiyə müəssisələrinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bir sıra ümumtəhsil məktəblərinin həyətində iməcliklər təşkil etmiş, təmizlik səliqə-səhman işləri apaılmış ,yüzlərlə meyvə və həmişəyaşıl ağaclar əkmişlər. Həyata keçirlən ağacəkmə kompaniyasına YAP Daşkəsən rayon təşkilatının idarə heyəti rəhbərlik etmişdir.
Tədbir iştirakçıları bu məqsəd üçün əvvəlcədən ciddi hazırlıq görmüşlər. İməcilik keçirilən yerlərdə əkilən ağaclara, yaradılmış səliqə-səhmana baxdıqca daxilən sevinc hissi keçirirsən. Məhəmməd Peyğəmbərin hikmətli bir kəlamı yada düşür : “Əgər bilsəniz ki, sabah yer kürəsini su alacaqdır, əlinizdəki ağac tingini torpağa basdırın.”
 

Keçidlər