Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

07 fevral 2017 | 16:00

İlk partiya təşkilatının keçən dövr ərzindəki fəaliyyəti barədə Malik Ələsgərov hesabat məruzəsi ilə çıxış etmişdir. O, öz çıxışında bu illər ərzində keçirilmiş seçkilərə, rayonda aparılan geniş tikinti, abadlıq və quruculuq işlərindən danışmış, YAP fəallarının rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə aktiv iştirakını vurğulamışdır.
Malik Ələsgərov həmçinin öz çıxışında ilk partiya təşkilatının qarşıda duran vəzifələrinə də toxunmuş, yığıncaq iştirakçılarının hər birini əmin etmişdir ki, bu məsələlər həmişə olduğu kimi ilk partiya təşkilatının üzvləri tərəfindən yüksək səviyyədə həyata keçiriləcək.
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev hesabat-seçki yığıncağında həm ilk partiya təşkilatının, həm də son illərdə rayonda görülən işlərlə bağlı geniş məzmunlu çıxış edərək bildirmişdir ki, ölkəmizin hər  yerində geniş vüsət alan quruculuq və abadlıq işləri Daşkəsən  rayonunun timsalında aydın görünür.
17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın Daşkəsənə tarixi səfərini daşkəsənlilər bu gün də sevinc hissi ilə xatırlayırlar. Səfər çərçivəsində cənab Prezident şəhərin mərkəzi meydanında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoymuş, yenidən qurulmuş Heydər Əliyev Mərkəzində olmuş, Daşkəsən rayon İcra Hakimiyyətinin yeni tikilmiş inzibati binasının, yeni avtovağzal kompleksinin, Gənclərin təlim və  istirahət mərkəzinin açılışlarında iştirak etmişdir.
Daşkəsən Rayon İcra hakimiyyətinin Başçısı Əhəd Abıyev daha sonra qeyd etmişdir ki, ümumiyyətlə, son illər rayonda mühüm layihələr həyata keçirilib. Rayon Mərkəzi Xəstəxanası, Statistika idarəsi, qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün yaşayış binaları, 7 müasir məktəb binası tikilmiş, 3 uşaq bağçası  əsaslı təmir edilərək istifadəyə verilmiş, yaşayış  binalarında  bərpa-gücləndirmə işləri aparılmışdır. Daşkəsən şəhər və Alunitdağ qəsəbəsindəki çoxmərtəbəli yaşayış və inzibati binalarının hamısının dam örtüyü yeni dəmir lövhələrlə əvəzlənmişdir. Daşkəsən şəhərində və Alunitdağ qəsəbəsində  35/6 kv-luq elektrik yarımstansiyası tikilib istifadəyə verilmişdir. Qabaqtəpə kəndində əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə uzun illərdən bəri problemli məsələ kimi qalmış 2 ədəd müasir körpü tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Bu gün Daşkəsən şəhərinin su-kanalizasiya sistemi müasir vəziyyətdə  yenidən qurulur və bu sahədə işlər davam etdirilir. Bu işlər başa çatdıqdan sonra şəhər sakinləri 24 saat ekoloji təmiz  içməli su ilə təmin olunacaqlar.
İndi Daşkəsən  inkişaf və  tərəqqi dövrünü  yaşayır.
“Yeni Daşkəsən” layihəsi rayonun yüksəlişindən və  cənab Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Rayonun bütün daxili yollarının,  körpülərin əsaslı təmiri üzrə Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin rəhbərliyi ilə Nazirlər Kabinetinə kompleks layihə  təklifləri işlənib təqdim olunub. 3300 nəfər  əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 km uzunluğunda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim edilib və bu  layihənin həyata keçirilməsi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilib.
“Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyətinin  dərin razılığı ilə qarşılanır, bəyənilir və  dəstəklənir.
Hər bir daşkəsənli əldə edilən nailiyyətlərə və görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirir.
İnkişaf etməkdə olan rayonumuzun daha da abadlaşdırılması, həyata keçirilən quruculuq işlərinin uğurla davam etdirilməsi üçün qarşıda mühüm vəzifələr durur.
Bildiyiniz kimi, qarşıdan gələn 2018-ci il Azərbaycanda Prezident seçkiləri ilidir. Partiyamızın üzvləri bundan sonra da  möhtərəm Prezidentimiz və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin növbəti dəfə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi üçün bilik və  bacarıqlarını əsirgəməyərək daha fəal olacaqlar.
Daşkəsən Rayon İcra Hakimiyyəti ilk partiya təşkilatının hesabat-seçki yığıncağında Malik Ələsgərov yenidən ilk partiya təşkilatının sədri, 7 nəfərdən ibarət idarə heyətinin üzvləri, 10 nəfər YAP Daşkəsən rayon təşkilatının IX Konfransına nümayəndə seçilmişdir.

Keçidlər