Daşkəsəndə 2 fevral Gənclər günü qeyd olunmusdur
2 fevral 2017-ci il tarixdə Daşkəsən şəhər Mədəniyyət mərkəzində Azərbaycan Gəncləri gününün 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Gənclər ilk öncə tədbirə əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidə kompleksi önünə tər gül-çiçək dəstələri qoymaqla başladılar.
Tədbirə rayonun bütün idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, eyni zamanda məktəbli gənclər də dəvət olunmuşdular.
Tədbiri Rayon Gənclər və İdman idarəsi rəisi Samir Həsənov açmış, sonra Dövlət Himni səsləndirilmişdir.
Rayon Gənclər və İdman idarəsi rəisi Samir Həsənov rayon Gənclər və İdman idarəsinin kollektivi adından 2 fevral Azərbaycan gəncləri gününün 20-ci ildönümü münasibəti ilə toplantı iştirakçılarını səmimi qəlbdən təbrik etmişdir. Daha sonra 2016-cı ildə idarə tərəfindən görülən işlər barədə hesabat xarakterli məruzə ilə çıxış edərək bildirmişdir ki, XX əsrdə Azərbaycan xalqının tərəqqisi və sivil dünyaya qovuşması üçün müstəsna tarixi xidmətlər göstərmiş dünya şöhrətli siyasətçi və dövlət xadimi Ümummilli liderimiz Heydər Əliyevin xalqa arxalanan, ondan güc alan fəaliyyətində gəncliyə münasibəti həmişə xüsusi seçilmişdir. Bu böyük insan respublikamızın inkişafını heç vaxt gənclərsiz təsəvvür etməmiş, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini vətənimizin hərtərəfli yüksəlişinə səfərbər etmişdir.
Məhz Ümummilli liderimiz Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı ilə gənclərin həyat və fəaliyyətini düzgün istiqamətləndirən, onların cəmiyyətdə fəallığını təmin edən Gənclər və İdman Nazirliyini yaradılmışdır.
Müstəqil Azərbaycan Dövlətinin gənclər siyasətinin formalaşmasında gənc nəsilin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I forumu xüsusi hadisə oldu. 1996-cı ilin fevralın 2-də açılan forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyanın ilk təntənəsi oldu.
Bu gün Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. 2016-cı ilin 17-19 iyun tarıxlərində Formula 1 yarışları və sentyabr ayında Dünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilmişdir. 2017-ci ildə isə 4-cü İslam Həmrəyliyi Oyunları da Bakıda keçiriləcək. Qeyd etməliyəm ki, 2016-cı ildə Brazilyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Oyunlarında Azərbaycan idmançıları parlaq qələbələr qananaraq Olimpiyanın 18 medalını ölkəmizə gətirmişlər. Bu nəticələr deməyə əsas verir ki Azərbaycan Regionda lider bir döviətddir.
Sonra Samir Həsənov məruzəsində bildirmişdir ki, respublikamızin hər yerində Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Respublikanın hər bir şəhər və rayonunda yüksək səviyyədə quruculuq və abadlıq işləri aparılır. Hörmətli başçımız cənab Əhəd Abıyevin rəhbərliyi ilə qısa müddət ərzində rayonda iri miqyaslı quruculuq, abadlıq işləri görülmüş və hazırda da davam etdirilir. Rayon ərazisində inşa olunmuş orta ümumtəhsil məktəbləri, əsaslı təmir olunan uşaq bağçaları, şəhər küçələrinin asvaltlaşması, kənd yollarının asvatlaşması, rayonun su təsərrüfatının yenidən qurulması, dam örtüklərinin dəyişdirilməsi, şəhərdə aparılan abadlıq, quruculuq işləri buna əyani misaldır.
Mən xüsusi ilə qeyd etmək istərdim ki, 17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Respublikanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə rayonumuza tarixi səfər etmiş, Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, müasir avtovağzal binasının, Daşkəsən rayon Gənclərinin Təlim və İstirahət Mərkəzinin açlışında iştirak etmişlər. Təlim və İstirahət Mərkəzinində gənclər üçün hər cür şərait yaradılmışdır.
Sözün əsl mənasında ulu öndər Heydər Əliyev ideyalarına, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hər bir daşkəsənli gənc öz qəlbində böyük hörmət və məhəbbət gəzdirir.
Azərbaycan Respublikasının hər bir bölgəsində olduğu kimi, rayonumuzda da «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin rəhbərliyi və yaxından köməyi sayəsində uğurla həyata keçirilir. Məhz belə diqqət və qayğıya görə biz gənclər hörmətli başçımızıa minnətdarıq.
Hər nəslin həyatında bir tale qisməti olur. Bizim taleyimizə Azərbaycanımızın müstəqilliyinin daimi, əbədi və dönməz olmasına, Dağlıq Qarabağın erməni təcavüzkarlarından xilas edilməsinə öz övlad köməyimizi göstərmək qisməti yazılıbdır. Qeyd etməliyəm ki, 02-05 aprel 2016-cı il tarixlərdə cəbhə bölgəsibdə erməni silahlı qüvvələrinin təxribatı nəticəsibdə baş vermiş döyüşlərdə Azərbaycanın silahli qüvvələri düşmənə layiqli cavab verərək Lələ təpə adlandırılan yüksəkliyə nəzarəti ələ keşirmişdır.
Biz Dağlıq Qarabağın düşmən tapdağından azad olunması yolunda möhtərəm Prezidentimizin ən mümkün variantlarını bəyənir, Ali Baş Komandan kimi onun hər əmrinə hazır olduğumuzu bildiririk.
Daşkəsən rayon Gənclər və İdman idarəsi rəisi Samir Həsənov öz məruzəsində ötən il ərzində idarə tərəfindən həyata keçirilmiş bütün tədbirlər barədə ətraflı məlumat vermiş, əldə etdikləri nailiyyətlərdən söhbət aşmışdır.
Samir Həsənov çıxışının sonunda gənclərə göstərilən diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə və Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevə rayon gəncləri adından öz minnətdarlığını bildirmiş, rayon rəhbərliyini əmin etmişdir ki, Gənclər və İdman idarəsi gənclərlə iş və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyətini həmişə olduğu kimi bundan sonra da məsuliyyətlə yerinə yetirəcəkdir.
Daşkəsən şəhər Mədəniyyət mərkəzində Azərbaycan Gəncləri gününün 20-ci ildönümü ilə bağlı tədbirdə daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev, rayon təhsil şöbəsinin müdir müavini Rizvan Ələsgərov, YAP Daşkəsən rayon təşkilatı Gənclər birliyinin sədri Elşən Alıyev, Heydər Əliyev Mərkəzinin fond mühafizi İlahə Cəlilova çıxış etmiş, ölkəmizdə və eləcə də rayonumuzda gənclərə göstərilən diqqət və qayğıdan, müasir Azərbaycan gəncliyinin müstəqilliyimizə bəxş etdikləri layiqli töhfələrdən danışmış, gəncliyin qarşısında duran vəzifələrdən geniş söhbət açmışlar. Hər bir çıxışın ümumi nəticəsi bu olmuşdur ki, Azərbaycan gəncliyinin xoş gələcəyi 100 illərə hesablanmış Ulu öndər Heydər Əliyevin tarixin sınaqlarından uğurla keçən daxili və xarici siyasəti ilə bilavasitə bağlıdır.
Tədbirin sonunda rayonun ictimai həyatında, müxtəlif yarışlarda, mədəni-kütləvi tədbirlərdə fərqlənən bir qrup gəncə Rayon Gənclər və İdman İdarəsi adından qiymətli hədiyyələr verilmişdir.