Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Kəmərqaya kənd və Daşkəsən qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri 2016-cı ilin yekunları ilə bağlı illik hesabat verdilər
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2016-cı ilin yekunları ilə bağlı illik hesabat yığıncaqlarının keçirilməsi davam edir. Hesabatlar Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin, RİHB Aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və kənd sakinlərinin birgə iştirakı ilə keçirilir.
Belə hesabatlardan ikisi də bu gün təsdiq edilmiş qrafikə uyğun olaraq Kəmərqaya kənd və Daşkəsən qəsəbə İƏDÜ Nümayəndəliklərində baş tutmuşdur.
Kəmərqaya kənd tam orta məktəbin binasında keçirilən Kəmərqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağında əvvəlcə Kəmərqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qurban Səfərovun hesabat məruzəsi dinlənilmişdir. O, məruzəsində 2016-cı il ərzində ərazi dairəsi üzrə nümayəndəliyin gördüyü işlərdən, cari ildə qarşıda duran vəzifələrdən və onları narahat edən problemlərdən danışmışdır.
Daşkəsən qəsəbə tam orta məktəbin idman zalında keçirilən 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağında Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xudayar Ələkbərov hesabat məruzəsi ilə çıxış etmiş, 2016-cı il görülmüş işlərdən və digər məsələlərdən danışmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev keçirilən hesabat yığıncaqlarında dərin məzmunlu nitq söyləmiş, ölkəmizdə gedən böyük və sürətli inkişaf, quruculuq, abadlıq işlərindən, eləcə də rayonumuzda uzun illərdən bəri həllini gözləyən problemlərdən danışmışdır. Cənab Başçı qeyd etmişdir ki, indi dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə bütün sahələrin inkişafı üzrə əlverişli mühit yaradılmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev öz çıxışlarında onu da bildirmişdir ki, möhtərəm Prezidentimizin ali diqqət və nəzarəti altında bu il də rayonda böyük tikinti, quruculuq, abadlıq, yenidənqurma işləri davam etdiriləcəkdir. Daşkəsənin böyük gələcəyi vardır.
Hesabat yığıncaqlarında çıxış edən kənd sakinləri də yüksək səviyyədə həllini tapmış problemlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını, razılıqlarını bildirərək qeyd etmişlər ki, bu qayğı bizi dünya şöhrətli Prezidentimizin ətrafında daha sıx birləşməyə ruhlandırır.
Sakinlər həmçinin onları narahat edən digər problemlərlə bağlı təkliflərini, istək və arzularını Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının diqqətinə çatdırmışlar. Edilmiş təklif və müraciətlərin bir neçəsi yerindəcə öz müsbət həllini tapmış, bəzilərinin həlli üçün isə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin illik hesabat yığıncaqlarının keçirilməsi davam edir.
Elmar VÜQARLI