Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Məktəblimiz “Mən və Hüquqlarım” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin sertifikatına layiq görülüb

13 dekabr 2016 | 16:00

Ombudsman Aparatı 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə uşaq hüquqlarının müdafiəsi və təbliği üzrə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirib. Müsabiqənin məqsədi uşaqlara hüquqlarını izah etmək, bu sahədə maarifləndirilməyə nail olmaqdır.

Müsabiqədə respublikanın müxtəlif bölgələrindən olan 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edib.
Məlumat üçün qeyd edək ki, təqdim edilən rəsmlər müsabiqənin mövzusuna uyğun gəlməli, əsərlərdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəası öz əksini tapmalı, rəsmlər mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinal olmalıdır.
Sözügedən müsabiqədə Daşkəsən rayon Uşaq Yaradıcılıq Mərkəzinin yetirməsi, Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin 8-ci  sinif şagirdi  Aysun Qurbanlı da iştirak etmiş, sertifikatına layiq görülmüşdür.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovanın təbrik məktubunu və təltif sertifikatını, həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin adından hədiyyəni 8-ci  sinif şagirdi  Aysun Qurbanlıya Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov təqdim etmiş və məktəbliyə yeni-yeni uğurlar arzulamışdır.

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər