21 Sentyabr - Beynəlxalq Sülh Günü Daşkəsəndə qeyd olunub
23 sentyabr 2024 | 10:34
Daşkəsən rayon İcra Hakimiyyəti, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektoru, Daşkəsən rayonu üzrə Təhsil Sektoru və Daşkəsən rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 21 Sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə məktəblilərin əl işlərindən ibarət baxış-sərgi keçirilib.
Sərgidə gənc istedadlar əl işləri ilə sülhün və dostluğun rəmzlərini yaratmağa çalışıblar.
Tədbirdə çıxış edənlər sülhün cəmiyyətimizdəki əhəmiyyətindən danışıb və bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynadığını, yaradıcı düşüncə və sülh ideyalarının təbliğinə mühüm töhfə verdiyini bildiriblər.