Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 24-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ YAP DAŞKƏSƏN RAYON TƏŞKİLATINDA TƏDBİR KEÇİRİLİB

19 noyabr 2016 | 16:00

18 noyabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş möhtəşəm ümumrayon tədbiri keçirilmişdir.
YAP rayon təşkilatı bu əlamətdar günə ciddi hazırlıqla gəlmişdir. Belə ki, tədbirlər planı hazırlanmış və ilk partiya təşkilatlarına paylanmışdır.
İlk partiya təşkilatlarında keçirilən tədbirlərin yekunu olaraq Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP rayon təşkilatının Şura üzvləri, Gənclər Birliyinin və Qadınlar Şurasının idarə heyətlərinin üzvləri, Nəzarət-Təftiş qrupunun üzvləri və ilk partiya təşkilatlarının sədrləri və fəal YAP üzvlərinin iştirakı ilə keçirilən ümumrayon tədbirini YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq əlamətdar gün münasibətilə yığıncaq iştirakçılarını təbrik etmişdir. Natiq çıxışına davam edərək bildirmişdir ki, YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir, ölkə vətəndaşlarının arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirir. Bununla yanaşı, partiya cəmiyyətimizin siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirir. Ulu öndərimizin çox müdrik sözləri ilə desək “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.”
Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçərək milli siyasi iradəmizi və xalqımızın mənafeyini təmsil etməklə alternativsiz aparıcı siyasi qüvvəyə çevrilib. Azad, müstəqil, demokratik Azərbaycan bu gün də Ümummilli Liderimizin qurub-yaratdığı, onun müəyyən etdiyi strateji xətlə inamla irəli gedir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
Daha sonra YAP Daşkəsən rayon təşkilatı sədrinin müavini Cavanşir Qocayev geniş məruzə ilə çıxış etmişdir.
Məruzəçidemişdir:
- 24 il əvvəl 1992-ci il noyabrın 21-də respublikamızda çox əlamətdar ictimai-siyasi tarixi hadisə baş vermişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə çox çətin, mürəkkəb tarixi bir şəraitdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu gün biz həmin tarixi hadisənin 24 illik yubileyini qeyd edirik. Partiyamızın bütün üzvlərini bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir, ən xoş arzularımızı bildirir, partiyamızın hər bir üzvünə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər diləyirik.
Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Hazırda YAP sıralarında 700 min nəfərdən artıq partiya üzvü vardır. Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənərək ümumxalq partiyasına çevrilmişdir.
1993-cü ildən Yeni Azərbaycan Partiyası hakimiyyətə gəlmiş iqtidar partiyasıdır. Onun xarici əlaqələri çox geniş olmaqla partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.
C.Qocayev daha sonra öz nitqində qeyd etmişdir ki, YAP rayon təşkilatları içərisində Daşkəsən rayon təşkilatı nümunəvi təşkilatlardan biridir.
Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı 4363 nəfər partiya üzvü olmaqla 69 ilk təşkilatı birləşdirir. Rayon təşkilatında partiya üzvlərinin 1855 nəfərini (42,52%) qadınlar, 1386 nəfərini isə (31,76%) gənclər təşkil edir. Rayon təşkilatı rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fəal iştirak edir, partiya üzvləri nümunəvi fəaliyyət göstərirlər.
Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının boy artımı getdikcə xeyli yüksəlmiş və keyfiyyət tərkibi olduqca yaxşılaşmışdır.
Son illər Rayon İcra Hakimiyyəti rəhbərliyinin qayğısı nəticəsində YAP rayon təşkilatının maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir.
Partiya üzvlərinə rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən bir qayda olaraq həmişə diqqət və qayğı ilə yanaşılır. İşgüzar, bacarıq və qabiliyyətlərinə görə fərqlənən partiya üzvləri dövlət qulluğuna və digər məsul vəzifələrə təyin olunurlar. Bu yaxınlarda Daşkəsən rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya sektorunun aparıcı məsləhətçi vəzifəsinə gənc mütəxəssis 2012-ci ildən YAP üzvü İlahə Sərdar qızı Xıdırovanın, Rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə isə fəal nümunəvi gənclərimizdən olan 2005-ci ildən YAP üzvü Zaur Hacı oğlu Məmmədovun təyin olunması bunu bir daha təsdiq edir.
Partiya üzvləri Azərbaycan Respublikasında Prezident, Milli Məclisə xalq deputatlarının seçkilərində, bələdiyyə seçkilərində, Ümumxalq səsverməsində (Referendumda) xüsusi fəallıq göstərmişlər. 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən Ümumxalq səsverməsi üzrə (Referendumda) ən kütləvi təşviqat mitinqlərindən birinin Daşkəsən şəhərində keçirilməsi partiya üzvlərinin fəallığının bariz nümunəsidir.
17 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz xanımı Mehriban Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfəri bütün daşkəsənlilərin qürurla yaşamaq, qurub-yaratmaq əzmini daha da artırmışdır.
Hər bir Yeni Azərbaycan Partiyası üzvünün qarşısında çox məsul və şərəfli vəzifələr durur.
Biz daim fəxr edir, böyük qürur hissi keçiririk ki, partiyamızın sədri məhz Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, bizi qələbələrdən-qələbələrə aparan, dünyada çox böyük hörmət və nüfuza malik olan Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevdir.
Sonra Rayon İcra Hakimiyyəti ilk partiya təşkilatının sədri Malik Ələsgərov çıxışında YAP-ın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırmışdır. Natiq YAP Daşkəsən rayon təşkilatının keçdiyi uğrulu inkişaf yolundan da ürək dolusu danışmışdır.
Digər çıxış edən YAP fəalları Səidə Hökmalıyeva, Rəna Aslanova, Firudin Həsənov, Samir Həsənov, Nüsrət Vəliyev partiyanın keçmişi və bu günü barədə söhbət açmış, YAP-ın cəmiyyətimizin inkişafına yönəlmiş çoxsaylı sosial layihələri reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini xüsusilə vurğulamışlar.
YAP Daşkəsən rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri yüksək səviyyədə öz işini başa çatdırmışdır.

Keçidlər