DAŞKƏSƏNDƏ 9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜ MÜNASİBƏTİLƏ MÖHTƏŞƏM ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLMİŞDİR
Öz döyüş məharətlərini nümayiş etdirən xüsusi təyinatlı əsgərlərimiz tərəfindən tədbir iştirakçıları qarşısına gətirilən şifer lövhəsindən hazırlanmış təcavüzkar erməni bayrağını Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev güclü yumruq zərbəsi ilə vuraraq çilik-çilik etdi, erməni bayrağı darmadağın olunaraq ayaq altına salındı.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq Daşkəsən rayonunda təntənəli möhtəşəm ümumrayon tədbiri keçirilmişdir. Tədbir rayon ictimaiyyətinin və ziyalılarının böyük coşqu və rəğbəti ilə "N" saylı hərbi hissənin zabit və əsgərləri qarşılanmışdır.
Rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyəti ilə birgə əvvəlcə Bayraq meydanını ziyarət etmişlər.
Sonra yürüş iştirakçıları rayonun Şəhidlər Xiyabanına baş çəkərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs məzarlarına tər qərənfillər düzmüşlər.
Daha sonra Şəhidlər Xiyabanından başlayaraq Heydər Əliyev prospekti boyunca hərbi yürüş edən izdiham rayonun Heydər Əliyev meydanında yürüşü başa çatdırmışdır.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev və rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin komandiri əklil və tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev əsgərləri, zabitləri və rayon ictimaiyyətini təbrik edərək demişdir:
- Sizi və başda Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və qarşıdan gələn 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, sizə yeni-yeni uğurlar, qələbələr, can sağlığı və xoşbəxtlik arzulayıram!
Xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasət müstəqil respublikamızı daha da möhkəmləndirib. Bü gün xalqımızın firavanlığı, işıqlı gələcəyə inamı, ictimai-siyasi sabitliyin ölkəmizdə qorunub saxlanılması nəticəsində ölkəmiz güclənərək qüdrətli dövlət kimi öz güclü ordusunu yaratmışdır ki, bu da bütün məslələrin həlli deməkdir.
Azərbaycanın xarici siyəsətdəki parlaq uğurları, keçirilən bütün beynəlxalq tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə önəmini göstərir, eyni zamanda ölkə üçün yeni imkanlar açır. Hər bir beynəlxalq tədbirdə Azərbaycanın haqlı mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr zamanı bu özünü aydın şəkildə göstərir.
Möhtərəm Prezidentin ordu quruculuğuna daha da böyük diqqət və qayğı göstərməsinin nəticəsidir ki, bü gün Azərbaycan özünün milli hərbi sənayesinə malikdir, silah-sursat istehsal edir.
Heç kəsə sirr deyil ki, hər bir qüdrətli ordunun arxasında güclü iqtisadiyyat dayanır. Bu uğurlara yüksək səviyyədə nail olmaq üçün ölkə Başçısı tərəfindən iqtisadiyyatımızın sürətli inkişafi təmin edilmişdir. Ordumuzun gücləndirilməsi üçün ən müasir texnika və silah-sursat alırıq. Eyni zamanda ölkəmizin öz milli silah-sursatımızı yerli hərbi sənaye zavodunda istehsal edirik.
Bu gün Azərbaycan ordusunun döyüş qabiliyyəti artıb və günü-gündən daha da artır. Məhz bunların nəticəsidir ki, 2016-cı ilin aprel hadisələrində Ermənistanın növbəti təxribatının qarşısı alınan zamanı Azərbaycan ordusu düşmənə layiqli cavab verib. Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq işğal olunmuş ərazi azad edilmiş, və əməliyyat baxımından ordumuzun nəzarəti altına keçibdir.
Bizim ən böyük nailiyyətimiz müstəqilliyimiz, azadlığımız və milli bayrağımızdır.
Yaşasın Ulu öndərimizin ideyaları və onun yaratmış olduğu Azərbaycan ordusu!
Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevə eşq olsun!
Bayraq Bayramınız mübarək olsun əziz tədbir iştirakçıları!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu təbrik nitqindən sonra “N” saylı hərbi hissənin əsgərləri tədbir iştirakçıları qarşısında öz döyüş hazırlıqlarını nümayiş etdirdilər. Əsgərlərin cəngavər çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı və xalq ordu birliyinin bariz bir nümunəsi kimi hərbiçilərdə dərin təəssüratlar yaratmaqla yüksək nümunəvi çıxışları ilə döyüş məharətlərini bir daha da nümayiş etdirdilər.
Öz döyüş məharətlərini nümayiş etdirən xüsusi təyinatlı əsgərlərimiz tərəfindən tədbir iştirakçıları qarşısına gətirilən şifer lövhəsindən hazırlanmış təcavüzkar erməni bayrağını Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev güclü yumruq zərbəsi ilə vuraraq çilik-çilik etdi, erməni bayrağı darmadağın olunaraq ayaq altına salındı.
Sonda hərbçilər ilə birgə Heydər Əliyev Mərkəzi qarşısında xatirə şəkli çəkildi.
Elmar Vüqarlı
Yazıçılar Birliyinin üzvü