Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

2023-cü ilin yanvar-sentyabr aylarında topdansatış əmtəə dövriyyəsi

07 dekabr 2023 | 09:05

2023-cü ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 65785,9 min manat olmuşdur ki, onun 12901,5 min manatı və ya 19,6 faizi hüquqi şəxslərə, 52884,4 min manatı və ya 80,4 faizi isə fərdi sahibkarlara aiddir. 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə pərakəndə ticarət dövriyyəsinin həcmi 100,3 faiz, o cümlədən, hüquqi şəxslər üzrə 102,4 faiz olmuşdur.

Pərakəndə ticarət dövriyyəsinin quruluşunda 42923,5 min manat və ya 65,2 faiz ərzaq mallarına, 22862,4 min manat və ya 34,8 faiz isə qeyri-ərzaq mallarına aiddir. 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə ərzaq mallarının həcmi 103,4 faiz təşkil edir.

2023-cü ilin yanvar-sentyabr aylarında rayon üzrə topdansatış əmtəə dövriyyəsinin həcmi 332,6 min manat olmuşdur və 2022-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə topdansatış əmtəə dövriyyəsinin həcmi 3,9 faiz artmışdır.

Keçidlər