Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

2022-ci ilin birinci yarısında Daşkəsən rayonunda 53 yeni iş yeri yaradılıb, orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 28,8 faiz artmışdır.

05 avqust 2022 | 14:24

Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait Daşkəsən rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.

2022-ci ilin yanvar-iyun ayları ərzində Daşkəsən rayonunda mövcud mnüəssisə və təşkilatlarda olmaqla 53 yeni iş yerləri açılmışdır.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 94,3 faizi metal filizlərinin hasilatı, 1,9 faizi mülki təyinatlı inşaat işləri, 3,8 faizi isə ictimai birliklərin (təşkilatların) fəaliyyəti üzrə iqtisadi fəaliyyət növlərinə görə  açılmışdır.

Bu ilin birinci yarısında 237 yeni yaradılmış fərdi sahibkarlıq subyekti qeydə alınıb.

2022-ci ilin yanvar-may aylarında rayonda muzdla çalışan işçilərin orta siyahı sayı ötən ilin eyni dövrü ilə müqayisədə 66 nəfər və ya 1,5 faiz artaraq 4383 nəfər olmuş, onlardan 3616 nəfəri və ya 82,5 faizi iqtisadiyyatın dövlət sektorunda,767 nəfəri və ya 17,5 faizi isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 36,2 faizi təhsil, 20,6 faizi sənaye, 14,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 5,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

  2022-ci ilin yanvar-may aylarında rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,8 faiz artaraq 872,7 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, emal sənayesi, maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

 

Keçidlər