20.09.2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov növbəti vətəndaş qəbulu keçirib
20 sentyabr 2024 | 15:05
Sentyabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun RİH-nin inzibati binasında keçirdiyi növbəti vətəndaş qəbulunda RİHBA-nın məsul şəxsləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Bir qrup rayon sakininin müraciət və təklifləri fərdi qaydada dinlənilib.
İcra başçısı Orxan Abbasov hər bir müraciətin qeydiyyata alınaraq icrasına dair müvafiq göstəriş və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll olunub, bir qismi də araşdırılması və aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.