Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür

05 oktyabr 2016 | 16:00

“Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.”

      HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür

  Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilməyə başlanıb.  Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram,” – deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.  
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, möhtərəm Prezident cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.  Təsadüfi deyil ki, 21-ci əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrlərdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları vardır ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Təkcə son on ildə rayonumuzda 12 ümumtəhsil məktəbinin binası tikilib istifadəyə verilmiş, onlarla məktəb əsaslı şəkildə yenidən qurulmuşdur.
5 oktyabr – Beynəlxalq Müəllimlər günü rayonumuzun bütün ümumtəhsil məktəblərində, o cümlədən də Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbində qeyd olunub.
Tədbirdə müəllimlərə ən səmimi arzularını çatdıran rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev cəmiyyətimizdə hər zaman müəllimlərə böyük hörmət və inamla yanaşıldığını deyib. Daha sonra çıxış edən məktəbin direktoru, “Tərəqqi” medallı müəllim Aybəniz Vəliyeva məktəbin ötən dövrlərdə qazandığı parlaq uğurlardan geniş söhbət açıb və pedaqoji kollektivə müvəffəqiyyətlər diləyib.
Çay süfrəsi arxasında keçən görüşdə məktəbin “Əməkdar müəllim”i Solmaz Şərifova, “Tərəqqi” medallı müəllim Səidə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna İsmayılova və rayon Təhsil şöbəsinin məsul işçisi Mikayıl Mikayıllı xoş sözlər söyləyib, öz səmimi təbriklərini bildiriblər.

Elmar VÜQARLI

Keçidlər