Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilmişdir

22 sentyabr 2016 | 16:00

22 sentyabr tarixində YAP Daşkəsən rayon təşkilatının iclas zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri  “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilmişdir. Seminar-treninqdə rayon ictimaiyyətinin müxtəlif yaş qruplarına mənsub nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev rayonda dini durumun sabit olduğunu qeyd edərək, rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Dini Məsələlər üzrə Komissiyanın bu istiqamətdə ictimai təşkilatlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində apardığı ardıcıl məqsədyönlü tədbirlərdən danışdı.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin düzgün din siyasətindən və ölkə Prezidenti cənab İlham Əliyevin həmin siyasəti zamanın tələblərinə uyğun şəkilə yüksək yaradıcılıqla davam etdirdiyini xüsusi olaraq vurğuladı. Bildirdi ki, dini ekstremizm və radikalizmlə mübarizə ökəmizdə mütəşəkkil qaydada aparılır və bu işdə hər kəs öz səyini əsirgəməməlidir. Əliheydər Zülfüqarovun “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda dərin məzmunlu məruzəsi rəğbətlə qarşılandı.
Mövzu ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədri Hacı Ənvər Əliyev çıxış edərək mövzunun aktuallığı, onun gənc nəslə təlqin edilməsinin vacibliyi  barədə fikirlərini söylədilər.
Seminar-treninqdə bir çox məsələlər müzakirə edilmiş və dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.

Elmar VÜQARLI

Keçidlər