Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənlilərin seçimi : “Həmrəy olaq – Hə deyək!”

21 sentyabr 2016 | 16:00

Daşkəsəndə 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş ümumxalq səsverməsində referendum üzrə  “Yeni Azərbaycan” təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində bu gün rayonda minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı və partiyamızın bayraqları ilə bəzədilmiş meydanda seçicilər böyük coşqu və yüksək əhval –ruhiyyə ilə iştirak edirdilər.
Heydər Əliyev Mərkəzinin qarşısından yüzlərlə gənc – “Yaşasın Müstəqil Azərbaycan!” ,  “Həmrəy olaq – Hə deyək!” şüarlarının sədaları altında konsert-mitinq  təşkil olunmuş meydana ürəklərinin hökmü, gənclik eşqi ilə yürüş etdilər.
Mitinq-konsertdə Milli Məclisin deputatı Rövşən Rzayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və  “Yeni Azərbaycan” təşviqat qrupunun  digər üzvləri iştirak etmişlər.
Möhtəşəm mitinq-konsertə toplaşan 5000 nəfərdən çox seçicini salamlayan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışmış, Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğulayaraq demişdir:
- Hörmətli daşkəsənlilər! Bu gün biz buraya 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş ümumxalq səsverməsində (Referendumda) Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərə öz münasibətimizi bildirmək üçün ürəyimizin hökmü, qəlbimizin istəyi ilə toplaşmışıq. Hamınız canlı şahid olaraq görürsünüz ki, müstəqillik əldə etdiyimiz bu illər ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın güzgüsü olan dövlət büdcəmiz dəfələrlə artmışdır. Azərbaycan dünyanın ən uğurlu dövlətlərindən birinə çevrilmişdir. Ölkə iqtisadiyyatı dəfələrlə artaraq, ölkədə yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər endirilmişdir. Bu gün ölkəmizdə inkişafın Azərbaycan modeli yaranmış, yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olunmuşdur. Bu isə, öz növbəsində, ölkəmizin beynəlxalq aləmdə imicinin tam formalaşmasına gətirib çıxarmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən enerji layihələri, iqtisadi-sosial layihələr, siyasi təşəbbüslər ölkəmizin uğurlu inkişafına yönəldilmişdir.
Həyata keçirilən infrastruktur layihələrin uğurlu tətbiqi nəticəsində regionların siması dəyişdi. Dövlət başçımızın təşəbbüsü ilə “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı” qəbul edilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat kimi inkişafı məhz bu proqramların hesabına mümkün olmuşdur. Hazırda regionlarda gedən canlanma, inkişaf, abadlıq, quruculuq işləri göz oxşayır.
Hər birimiz deyilən inkişafın rayonumuzun timsalında aparılan tikinti, quruculuq, abadlıq və yenidənqurma işlərinin canlı şahidi olaraq görürük ki, son illərdə yetmiş ildə görünməyən böyük, möhtəşəm işlər görülmüşdür.
Bu illər ərzində rayonumuzda 20-yə yaxın yeni məktəb inşa olunmuş, bir o qədər də əsaslı təmir işləri aparılmışdır. Vaxtı ilə fəaliyyəti dayandırılmış bütün körpələr evi və uşaq bağçaları yenidən əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu fikirləri rayonumuzdakı səhiyyə müəssisələri və digər sahələr barədə də söyləmək olar. Rayonumuzun ən ucqar kəndlərinə asfalt yollar, körpülər çəkilməkdədir. Bu inkişaf, tərəqqi, xoş gələcək firavan, problemsiz həyat deməkdir.
Bu gün ölkə rəhbəri cənab İlham Əliyevin hər bir daşkəsənlinin ürəyində əzəmətli  heykəli ucalıbdır. Onun gördüyü işlərə rayonumuzda İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin yaratdığı ideoloji təminat, ümumxalq sevginiz, istəyiniz sizlərin hər birinizi bu ümumrayon şənliyinə gətirmişdir.
Biz bu referendumda konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərə səs verməklə Şərqə günəş kimi doğan, xoş gələcəyi olan qüdrəli və zəngin Azərbaycana, ərazi bötüvlüyümüzə, iqtisadi tərəqqiyə və müasirləşməyə, demokratik və sürətli inkişafa, hər bir vətəndaşın sosial qayğısının yaxşılaşdırılmasına, ədalətli cəmiyyətə, gözəl gələcəyə, Azərbaycanın yeni uğurlarına səs vermiş oluruq.
Daşkəsənlilər həmişə olduğu kimi, bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşiblər. Bu birliyə, mütəşəkkilliyə eşq olsun!
Yaşasın Azərbaycan xalqı!
Bizim şüarımız  birdir- Həmrəy olaq – “Hə” deyək!
Konsert-mitinqin iştirakçıları coşqu ilə - Həmrəy olaq – “Hə” deyək!  şüarını səsləndirirdilər.
Meydanəli Yolçuyev bir daha Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına, ölkənin sürətli inkişafına gətirib çıxaracağını bildirərək, seçki günü seçiciləri seçki məntəqələrinə gəlib referendumda fəal iştirak etməyə dəvət etdi.
Millət vəkili Rövşən Rzayev Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğuladı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısının hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib.
Bütün bu reallıqlar Prezident cənab İlham Əliyevin gərgin fəaliyyətinin nailiyyətləridir və gerçəklik ölkə başçısına ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib- deyə o qeyd etmişdir.
Millət vəkili bu dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsinin nəzərdən keçirildiyini bildirib.
O qeyd edib ki, cənab Prezidentin müvafiq Sərəncamına əsasən, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin xalqımızın gələcəyi üçün zəruri olduğunu hər birimiz çox yaxşı dərk edirik. Çünki əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. İlk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir.
Rövşən Rzayev Daşkəsən rayon seçicilərinin hər zaman fəal olduğunu və növbəti referendumda da fəallıq göstərəcəklərinə əminliyini ifadə etdi.
Sonra  YAP Daşkəsən rayon təşkilatının sədrinin müavini Müşviq Hüseynov, Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam məktəbin direktoru Aybəniz Vəliyeva, İ.Nəsimi adına 1 saylı tam məktəbin direktoru Üfət Abdiyeva və digər çıxış edənlər də ölkəmizdə aparılan çox uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və böyük islahatlardan danışmış, Konstitusiyamızda ediləcək əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini və ölkəmiz üçün vacib olduğunu vurğulamışlar. Rəhbərlik etdikləri kollektivlərlə və öz yaxınları ilə birlikdə 26 sentyabr 2016-cı il tarixə təyin edilmiş ümumxalq səsverməsində (Referendumda) Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərə “Hə” deyəcəklərini söyləmişlər.
Daşkəsənlilərin belə coşqu, yüksək əhval-ruhiyyə ilə meydana gəlişi sanki bütün rayonu hərəkətə gətirmişdi. Meydan  İştirakçılar seçicilərlə görüşə gəlmiş təşviqat qrupunun çıxışlarını diqqətlə dinləyərək, sevgi ilə alqışlamışlar.
Daşkəsən rayonunda keçirilən mitinq-konsert respublika incəsənət ustalarının, yerli musiqiçilərin ifasında vətənə, torpağa və ulu öndərimizə aid müsiqilərlə davam etdirildi. Tədbir iştirakçıları xos təəssüratla meydanı tərk etdilər. Bütün seçicilər yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gələcəklərini, konstitusiyamızda edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək, "HƏ" deyəcəklərini bildiriblər!

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər