Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Mülki müdafiə sahəsində rayonun 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirilmişdir

02 sentyabr 2016 | 16:00

Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları" vətəndaşlarımıza olan diqqət və qayğının əyani təzahürüdür. Ölkə əhalisinin təbii və texnogen xarakterli fövqəladə hallar zamanı müdafiəsinin təşkili, insanların və maddi dəyərlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində işlər bu gün uğurla davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 sentyabr 2016-cı il tarixdə Daşkəsən rayon Mədəniyyət Mərkəzində mülki müdafiə sahəsində rayonun 2, 5 və 6-cı sinif rəhbərlərinin bilik və bacarıqlarının artırılması məqsədilə metodiki toplantı keçirilmişdir. Metodiki toplantının keçirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinifləri üçün Mülki müdafiə fənninin proqramına əsasən məşğələ cədvəlləri, proqramda nəzərdə tutulmuş mövzular üzrə plan konspektlər və elektron tədris vəsaitləri hazırlanmışdır.
Tədbirdə əsas diqqət müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinə və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilmişdir. Müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsi üzrə metodiki tövsiyələr verilmişdir.
Tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti barədə ümumi məlumat, fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə maraqlı mühazirələr oxunmuşdur. Sülh və müharibə dövründə mülki müdafiənin vəzifələri və təşkili, respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları, hava həyəcanı siqnalı şəraitində davranış haqqında verilmiş ətraflı məlumatlar da dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə quraşdırılmış proyektor və ekranlar vasitəsilə Fövqəladə Hallar Nazirliyinin yaranması, ölkə ərazisində baş vermiş subasma, yanğın və sürüşmələr zamanı insanların xilas edilməsində, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında nazirliyin müxtəlif struktur, bölmə və qurumlarının iştirakını əks etdirən videomateriallar, stend və digər əyani materiallar nümayiş etdirilmişdir. Şərh edilmiş mövzular ətrafında fəal diskussiyalar aparılmış və müəllim heyətinin çoxsaylı sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.

Elmar VÜQARLI

Keçidlər