Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA KOMPLEKS MÜLKİ MÜDAFİƏ TƏLİMİ KEÇİRİLMİŞDİR

24 avqust 2016 | 16:00

2016-cı il üçün rayonun mülki müdafiə sahəsində tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının Mülki Müdaifə idarəsinin Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi tərəfindən 24 avqust tarixində Daşkəsən rayonunda  “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda kompleks Mülki Müdafiə təlimi keçirilmişdir.

Kompleks təlimə Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, Rayon Fövqəladə Hallar Komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunmuşlar. Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 198 nəfər şəxsi heyəti və  34  ədəd müxtəlif tipli texnikası iştirak etmişdir.
Daşkəsən rayon Fövqəadə Hallar Komissiyasının sədri Cavanşir Qocayev rayonun hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin keçiriləcək kompleks təlimə tam hazır vəziyyətdə olduğunu Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı, rayonun mülki müdafiə qüvvələrinin rəhbəri  Əhəd Mikayıl oğlu Abıyevə məruzə etdikdən sonra təlimə start verildi.
Rayonun mülki müdafiə xidmətləri qarşıya qoyulmuş tapşırıqları uğrula icra etdilər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı, rayonun mülki müdafiə qüvvələrinin rəhbəri  Əhəd Mikayıl oğlu Abıyev kompleks təlimin yekununda çıxış edərək demişdir:
“Bildiyiniz kimi 2016-cı il üçün rayonun mülki müdafiə sahəsində tədbirlər planına  uyğun olaraq, Mülki müdafiə qoşunlarının Mülki müdafiə idarəsi Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən  Daşkəsən rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan  qaldırılması zamanı mülki müdafiə orqan və  qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirildi.
Təlimin keçirilməsi ilə əlaqədar yüksək səviyyədə bütün zəruri hazırlıq işləri görülmüşdür.
Kompleks təlimin keçirilməsində məqsəd “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun, “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə  hadisələr zamanı  qarşıda duran  vəzifələrin yerinə yetirilməsinə  hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı  əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərin yerinə yetirilməsindən, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və  hazırlığının təkminləşdirilməsindən, mülki müdafiə idarəetmə orqanlarına,  qüvvələrinə,  fövqəladə hallar üzrə komissiyaya,  rəhbər heyətə və  işçilərə fövqəladə  hadisələrin  nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin, eləcə də  yerinə yetirilməsi üzrə praktiki vərdişlərin  aşılanmasından ibarətdir.
Təlim  zamanı rayonun mülki  müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin  mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş  vermiş yanğınların lokallaşdırılması və  söndürülməsi, hadisə baş vermiş ərazidə mühəndis,  kimya və  yanğın kəşfiyyatının təşkil, MM xidmətlərinin əraziyə daxil olması üçün yolların maneələrdən təmizlənməsi, axtarış-xilasetmə işləri, zərərçəkmişlərə ilkin həkim yardımının göstərilməsi, epidemiyaya qarşı mühafizə tədbirləri və  adamların təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları vaxtında, uğurla yerinə yetirdi.
Təlimin keçirilməsində əsas diqqət komadir-rəis heyətinin  idarəetmə bacarıqlarının və mülki  müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət  olunmasına yönəldilmişdir.
Kompleks təlimə rayonun hərbiləşdirilməmiş MM dəstələri və  xidmətləri, o  cümlədən, ictimai asayişi  mühafizə xidməti, rabitə xəbərdarlıq xidməti, tibb xidməti, rayon ərazi kəşfiyyat  dəstəsi, rayon ərazi xilasetmə dəstəsi, qaz-qəza xidməti, elektrik qəza xidməti, su-kanalizasiya xidməti,  avtonəqliyyat xidməti,  baytarlıq xidməti, yol istismar xidməti, həmçinin rayon yanğından  mühafizə xidmətinin  şəxsi heyəti cəlb  edilmişdir.
Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və  xidmətlərinin qarşılıqlı  fəaliyyəti təşkil edilmiş və qarşıya qoyulmuş məqsədə nail olunmuşdur”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Mikayıl oğlu Abıyev çıxışının sonunda kompleks təlimin iştirakçılarına təşəkkür etmiş və bundan sonra da Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən rayonda mülki müdafiə işlərinin yüksək səviyyədə təşkili üçün aidiyyəti üzrə bütün  lazımi tədbirlərin mütəmadi olaraq görüləcəyini bildirmişdir.
Sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Mülki Müdaifə idarəsinin rəisi polkovnik Vüsal Tahirov çıxış edərək Daşkəsən rayonunda keçirilmiş təlimi yüksək qiymətləndirdi.
Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş və qarşıya qoyulmuş məqsədə tam nail olunmuşdur.
Baş verə biləcək istənilən fövqəladə hadisələr zamanı fəlakət və itkilərin qarşısını almaqdan ötrü mülki vətəndaşların mülki müdafiə sahəsində əməli biliklərə və bacarıqlara yiyələnməli olduqlarının vacibliyini qeyd edən rayon ictimaiyyəti də keçirilmiş təlimdə yaxından iştirak etmişdir.

Elmar Vüqarlı

Keçidlər