Daşkəsən şəhər Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilmişdir
Bu gün ölkəmizdə yeni ailə həyatı quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzlərində keçirilməsi ənənəyə çevrilmişdir. Daşkəsən rayonunda da bu ənənə uğurla davam etdirilir.
Avqustun 7-də Heydər Əliyev Mərkəzində Daşkəsən şəhər sakinləri İsmayılov Azər Niyazi oğlunun Cəfərova Mətanət Qəmşid qızı ilə nikah mərasimi keçirilmişdir.
Gənclər əvvəlcə şəhərin mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra Mərkəzdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, YAP Daşkəsən rayon təşkilatı fəallarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə nikah aktının imzalanması mərasimi olmuşdur.
İştirak edənlər ailə qurmaları münasibəti ilə hər iki gənci təbrik etmiş, onlara ailə xoşbəxtliyi və can sağlığı arzulamışlar.
Qeyd edilmişdir ki, bu gün ölkəmizdə gənc ailələrə, onların sosial qayğılarının həllinə xüsusi qayğı və diqqət göstərilir. Gənc ailələrin möhkəm təməl üzərində qurulması üçün ölkəmizdə kifayət qədər qanunlar, normativ aktlar və hüquqi baza mövcuddur.
Bildirilmişdir ki, bu gün, onların həyalarında ən yadda qalan xoş hadisələrindən biri baş verir. Ona görə ki, ilk müstəqil ailə həyatına qədəmlərinizi Ümummilli liderimizin Mərkəzindən atırsınız.
Gənclər çıxış edərək nikah mərasimlərinin rayon Heydər Əliyev Mərkəzində qeyd olunmasının onların ən böyük arzuları olduğunu söylədilər və göstərilən diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyevə və tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirdilər.