Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Səyyar “ASAN xidmət” Daşkəsən rayonunda öz xidmət müddətini başa vurdu

05 iyul 2016 | 16:00

06 iyun 2016-cı il tarixdən  05 iyul 2016-cı il tarixədək  “ASAN xidmət” Daşkəsən rayonunda səyyar olaraq xidmət göstərmişdir. Daşkəsən Rayon İcra Hakimiyyəti və rayonda olan digər dövlət qurumları yaxından öz köməkliklərini göstərmişlər.
Ucqar dağ rayonu olan Daşkəsəndə belə bir şəraitin yaradılmasına görə bu xidmətdən yararlanan hər bir sakinimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Hər həftənin 6 iş günü, saat 10-00-dan 18-00-dək fəaliyyət göstərərək səyyar şəkildə xidmət göstərən “ASAN xidmət” əməkdaşları yüksək peşəkarlıq göstərmiş, təmsil etdikləri qurumun prinsiplərini layiqincə yerinə yetirmişlər. Hər bir müraciətə həssaslıqla yanaşılmış, müsbət həll olunması üçün qanunvericiliyə uyğun köməklik göstərilmişdir.
Rayonumuza ən yaxın   “ASAN xidmət” mərkəzi 40 km uzaqda, Gəncə şəhərində yerləşir. Yaşlı, hərəkət imkanları məhdud olan insanlar bu mərkəzə getməkdə qismən çətinlik çəkirdilər.  Ötən bir ay ərzində rayonumuzun sakinləri tərəfindən  səyyar “ASAN xidmət”in xidmətlərindən 3249 nəfər yararlanmışdır. Bu da ümumi rayon əhalisinin təqribən 10 faizi deməkdir. Müraciətlərin 1298-i Daxili İşlər Nazirliyi, 1243-ü Ədliyyə Nazirliyi, 280-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, 27-i Dövlət Sosial Müdafiə Fondu, 401-i isə yardımçı xidmətlər üzrə olmuşdur.
  Daşkəsən şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən Səyyar “Asan xidmət” avtobusu bu gün öz xidmət müddətini başa vuraraq rayonumuzdan yola düşdü.
Kollektivə böyük uğurlar, möhkəm can sağlığı diləyir, vətəndaşlarımıza hər zaman daha rahat, yeni və innovativ üsullarla xidmət təqdim etməyi arzulayırıq.

Vüqar Məmmədov

Keçidlər