Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

İctimai müzakirə qarşılıqlı anlaşma şəraitində başa çatdı

22 iyul 2012 | 15:00

Daşkəsən rayonunun Quşçu kəndindəki mədəniyyət evində keçirilən Çovdar və Quşçu kənd sakinləri ilə Çovdar qızıl yatağı işçilərinin ictimai müzakirəsi uğurla və qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.
Çovdar qızıl yatağı layihəsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatı ictimai müzakirəsində beynəlxalq ekspert Tofiq Həsənov sakinlər qarşısında çıxış edərək bildirmişdir ki, layihə iştirakçıları öz fəaliyyətlərini beynəlxalq standartlara və Azərbacan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirirlər. Burada əsas məqsəd görülən işləri ətraf mühitə zərər vermədən aparmaq, ekoloji tarazlığın pozulmasına imkan yaratmamaq və yerli şəraitə uyğun səmərəli fəaliyyət göstərməkdir.
Yaxşı məlumdur ki, dağ-mədən sənayesinin fəaliyyəti zamanı ekoloji tarazlıq pozulur, ətraf ərazilərdə müəyyən dəyişikliklər yaranır. Layihənin həyata keçirilməsi zamanı yerli şərait, insanların yaşayış və həyat tərzi öyrənilmiş, mövcud durum araşdırılmışdır. İndi sizinlə birgə keçirilən ictimai müzakirə də məhz bu məqsədə - qarşılıqlı anlaşmaya, birgə fikir birliyinə həsr edilmişdir.Şirkət öz işini qurarkən tikinti aparılan yerlərin seçilməsinə iş prosesində yerli sakinlərin həyat və məişət tərzinə ziyan verilməməsinə, insan həyatı üçün təhlükələrin yaranmamasına xüsusi diqqət yetirmişdir. Beynəlxalq ekspert olaraq onu da bildirirəm ki, qızıl zavodunun işə düşməsi nəticəsində qonşu kəndlərin sosial problemlərinə xeyli köməklik olunacaq, ərazidə mövcud işsizlik aradan qaldırılacaq, infrastruktur yaxşılaşacaqdır.
Biz layihə ilə bağlı sizin də istək və arzularınızı, təkliflərinizi eşitmək üçün bu ictimai müzakirəni təşkil etmişik. Hər hansı sual və təkliflə bağlı sizi dinləməyə hazırıq.
Beynəlxalq ekspert Tofiq Həsənova və qızıl zavodunun nümayəndələrinə kənd sakinlərini maraqlandıran suallarla müraciətlər olundu. Zavodun bu günü və sabahı barədə ətraflı söhbətlər aparıldı.
Çovdar qızıl yatağı layihəsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatına dair ictimai müzakirə qeyri-hökumət təşkilatları və bir sıra mətbuat nümayəndələrinin iştirakı ilə işgüzar mühitdə və fəallıqla başa çatdırıldı.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü
 

Keçidlər