Daşkəsənlilər Səyyar ASAN xidmətin fəaliyyətindən çox razıdırlar
Daşkəsənlilər Səyyar ASAN xidmətin fəaliyyətindən çox razıdırlar
“ASAN xidmət”in fəaliyyəti şəffaflıq, xidmət,
mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir!
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılmış və “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması,vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması və digər nüanslardır.
06 iyun 2016-cı il tarixdən 05 iyul 2016-cı il tarixədək ASAN xidmət Daşkəsən rayonunda səyyar xidmət göstərməyə başlamışdır. Sakinlərimiz səyyar ASAN xidmətin fəaliyyətindən çox razıdırlar. Rayonumuzda belə bir şəraitin yaradılmasına görə bu xidmətdən yararlanan hər bir sakin ölkə rəhbəri cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirirlər.
Hər həftənin 6 iş günü, saat 10-00-dan 18-00-dək fəaliyyət göstərərək səyyar şəkildə aşağıdakı xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunmaqdadır.
Bu xidmətlərə Notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Sürücülük vəsiqələrinin dəyişdirilməsi, Əmək pensiyalarının təyin edilməsi, Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti, foto və tibb xidməti daxildir.
Daşkəsən şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən Səyyar Asan xidmət avtobusu artıq 8 gündür ki, sakinlərimizə xidmət göstərirlər. Bu müddət ərzində sakinlərimiz tərəfindən ümumilikdə 1851 müraciət daxil olmuş və onlara yüksək səviyyədə xidmət olunmuşdur.
Daşkəsən rayonunun sakinlərinə Daşkəsən şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən Səyyar Asan xidmət avtobusunda göstərilən xidmətlərin rüsumları aşağıdakı kimidir:
S/N |
Xidmətin adı |
Rüsum |
|
|
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi |
2 manat |
|
|
Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi |
dövlət rüsumu ödənilmir |
|
|
Təkrar Nikah haqqında şəhadətnamələrin verilməsi |
2 manat |
|
|
Sürücülük vəsiqəsinin dəyişdirilməsi |
18 manat |
|
|
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməsi |
dövlət rüsumu ödənilmir |
|
|
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
35 manat |
|
|
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin üç iş günü müddətinədək verildikdə və ya dəyişdirildikdə |
25 manat |
|
|
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin on iş günü müddətinədək verildikdə və ya dəyişdirildikdə |
5 manat |
|
|
ümumvətəndaş pasportlarının on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
bir yaşınadək uşaqlar üçün |
10 manat |
bir yaşından üç yaşınadək uşaqlar üçün |
20 manat |
||
üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
30 manat |
||
on səkkiz yaşına çatmış vətəndaşlara |
40 manat |
||
|
ümumvətəndaş pasportlarının beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
bir yaşınadək uşaqlar üçün |
20 manat |
bir yaşından üç yaşınadək uşaqlar üçün |
40 manat |
||
üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
60 manat |
||
on səkkiz yaşına çatmış vətəndaşlara |
80 manat |
||
|
ümumvətəndaş pasportlarının bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
bir yaşınadək uşaqlar üçün |
40 manat |
bir yaşından üç yaşınadək uşaqlar üçün |
80 manat |
||
üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
120 manat |
||
on səkkiz yaşına çatmış vətəndaşlara |
160 manat |
||
|
Əmək pensiyalarının təyin edilməsi |
dövlət rüsumu ödənilmir |
|
|
Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi |
2 manat |
|
|
Sənədlərin surətlərinin təsdiq edilməsi |
5 manat |
|
|
Nəqliyyat vasitələrinin idarə edilməsi üçün etibarnamə |
11.5 manat |
|
|
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə etibarnamə |
23 manat |
|
|
Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi |
30 manat |
|
|
Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə texniki pasportların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi |
50 manat |
|
|
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi |
30 manat |
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim etmək, vətəndaşlar üçün əlçatanlığı təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.