Əsgərlər 15 iyun Milli Qurtuluş ilə əlaqədar Heydər Əliyev Mərkəzi ziyarət etdilər
15 iyun 2016 | 16:00
Daşkəsən rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin bir qrup əsgər və zabit heyəti 15 iyun Milli Qurtuluş ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Mərkəzdə onlar Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmış, film izləmişlər.
Eyni zamanda Mərkəzin əməkdaşları mərd hərbçilərimizə dahi şəxsiyyət Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycan xalqını böyük bəlalardan, dağılmaqdan xilas etməsi, məhz onun xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirilməsindən söhbət açılmış, tarixi paralellər aparılmışdır.
Tədbirin sonunda əsgərlər xatirə şəkli çəkdirmişlər.