Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Fitnə” sənədli filmi Daşkəsən rayonunda nümayiş olundu

02 iyun 2016 | 16:00

2 iyun 2016-cı il tarixdə Daşkəsən rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən istehsal olunmuş “Fitnə” sənədli filmi rayon ictimaiyyətinə, xüsusən də gənclərin iştirakı ilə nümayiş olundu.

Filmin nümayişindən əvvəl Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev çıxış edərək dövlətin mütərəqqi din siyasətindən, dövlət-din münasibətlərindən və dini radikalizmin zərərli tərəflərindən geniş söhbət açdı. 
Mövzu ətrafında Daşkəsən şəhər “Cümə” məscidinin axundu Fariz Hüseynov, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədri Hacı Ənvər Əliyev, Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov çıxış etdilər.
Daha sonra 200 nəfərə qədər müxtəlif yaş qruplarına mənsub rayon sakininin iştirakı ilə film nümayiş olundu.
“Fitnə” sənədli filmi tamaşaçılarda dərin təəssüratlar oyatmaqla onlar tərəfindən rəğbətlə qarşılandı.

Elmar VÜQARLI

Keçidlər