Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 28 May Respublika günü qeyd olundu.

27 may 2016 | 16:00

Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının 28 May Respublika günü münasibətilə birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov geniş nitq söyləmişdir.
O,  tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək qeyd etmişdir ki, bu əziz gündə əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin hikmətli kəlamı yada düşür. O deyirdi : “ Biz nadir bir irsin varisləriyik.  Hər bir Azərbaycan vətəndaşı  bu irsə layiq olmağa çalışaraq  böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı  olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə  dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Düz  98 il əvvəl  may ayının 28-də  xalqımızın vətənpərvər qüvvələrinin səyi ilə  Dövlət müstəqilliyinin  rəmzi olan  3 rəngli bayrağımız  qaldırıldı.  Bununla da  Azərbaycan müstəqilliyi  bütün dünyaya bəyan edildi.  Azərbaycan Xalq Cumhuriyyəti  Şərqdə ilk demokratik  müstəqil dövlət kimi tanındı. Bu gün də  xalqımız  özünün istiqlal bayramının parlaq səhifəsi olan Azərbaycan Demokratik Respublikasının  yaranması gününü böyük qürur hissi və təntənə ilə qeyd edir.
23 aylıq ömür yaşamış  Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin  dəyişməsi ilə süqut etmişdir.  Qısa müddət ərzində mövcud olmasına baxmayaraq , əsas dövlət insitututları  məhz həmin dövrdə yaranmışdır.  Bu günki Azərbaycan Dövlətçiliyinin kökləri  müsəlman Şərqində  ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 
Sovet İttifaqının dağılması ilə   Azərbaycan xalqı  öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini  inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Həmin varxtlar  çoxları  qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran  və daxili qeyri sabitliyin  hökm sürdüyü Azərbaycanın  bu mürəkkəb vəziyyətdən çıxacağına və  uğur qazanacağına inanmırdı. Məhz 1993-cü ildə  Ümummilli Lider Heydər Əliyevin Prezident  seçilməsindən sonra  ölkənin davamlı inkişafı üçün  ilkin şərt olan  Azərbaycanın  müstəqilliyi  və suverenliyinin  möhkəmləndirilməsi  istiqamətində  uğurlu strategiyanın  həyata keçirilməsinə başlanıldı.
Ulu  öndər Heydər Əliyevin  Azərbaycan dövlətçiliyinin  möhkəmləndirilməsinə yönəlmiş strategiyası  onun layiqli davamçısı  möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Bu gün ümummilli lider Heydər Əliyevin  dövalətçilik ideyalarını, onun qurub-yaratdıqlarını  dönmədən inkişaf etdirən   Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev   öz müdrik və məqsədyönlü fəaliyyəti ilə  müstəqilliyimizi  daha da möhkəmləndirir.  Azərbaycanın  beynəlxalq nüfuzunu, ictimai- siyasi sabitliyin, iqtisadiyyatın  möhkəmləndirilməsi istiqamətində  atılan addımlar əhalinin rifah halının yüksəldilməsinə   göstərilən diqqət və qayğı  Heydər Əliyev ənənələrinə  sadiqliyin əyani təzahürüdür. 
Digər çıxış edənlər də öz nitqlərində vurğulamışlar ki, Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümünü qeyd edən bu günkü müasir Azərbaycan,  sözün əsl mənasında, ümummilli lider Heydər Əliyevin şah əsəridir.  Ulu öndərimizin  siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident  cənab İlham Əliyev  bu gün müstəqil Azərbaycanın  inamla və uğurla xoşbəxt gələcəyə aparır, həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə  Azərbaycanın  dövlət müstəqilliyinin günbəgün möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə   xidmət edir.  
28 May – Respublika günü hər bir soydaşımız üçün milli və iftixar günü əziz bir bayramdır. Qətiyyətlə deyə bilərəm ki,  xalqımızın müqqədəs arzuları bu gün   möhtərəm Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə  inamla  həyata keçirməkdədir. Mühüm geostareci mövqe və karbohidrogen ehtiyatlarla zənginlik kimi  vacib üstünlüklərə sahib olan  Azərbaycanı bu imkanlardan dövlətçilik maraqlarının təmin olanması prizmasından bəhərlənməsi  günümüzün reallığıdır.  Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda  söz sahibi olan ölkə və strateci tərəfdaş kimi tanınır. Bütün bunlar əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədi və sarsılmazdır.

Keçidlər