Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Güclü qasırğa Daşkəsən rayonuna xeyli ziyan vurub

24 may 2016 | 16:00

 

Daşkəsən rayonu ərazisində 23 may 2016-cı il tarixdə saat 18-00 radələrində baş vermiş təbii fəlakət, yağış və dolu ilə müşaiyət olunan güclü külək əsməsi - qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan  artıq  yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə  ziyan dəymişdir.
1 nəfər şəhər sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşması nəticəsində avtomobil yararsız hala düşmüşdür.
      Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin tapşırığı ilə dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlara məlumatlar verilmişdir. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür. Rayonun bütün aidiyyəti qurumları dəymiş ziyanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunmuşlar.

 

Keçidlər