Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Ümümmilli lider Heydər Əliyevin 93 illik yubileyi münasibəti ilə yeniyetmələr arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir

06 may 2016 | 16:00

04-05 may 2016-cı il tarixlərdə Daşkəsən rayon Uşaq Gənclər İdman Məktəbində Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev irsinin təbliği, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olmuşdur.
Yarışda 30 nəfər idmançı iştirak etmişdir. Gərgin keçən mübarizədən sonra I yerə A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdi Məmmədov Fuad İnqlab oğlu çıxmış, II və III yerləri isə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin şagirdləri Əlizadə Bəhruz Hafiz oğlu və Əlizadə Nemət Şəmşir oğlu müvafiq olaraq bölüşmüşlər.
Qalib idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Daşkəsən rayon   Gənclər və İdman idarəsinin rəisi
Samir Həsənov

Keçidlər