Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

ELAN

25 aprel 2016 | 16:00

E L A N
Əziz daşkəsənlilər!
30 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Tovuz rayonunda saat 11:00-da Heydər Əliyev mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Həmin qəbulda iştirak etmək istəyən Daşkəsən rayon sakinləri Daşkəsən Rayon İcra Hakimiyyətinə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Bağırova Telxanım Şiraz qızına müraciət etmələri tövsiyə olunur.
Əlaqə telefonu : (022) 215-46-20

Keçidlər