16.02.2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyətində növbəti dəfə fərdi qaydada vətəndaşların qəbulu keçirilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik, odun yanacağı ilə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbərliyi tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.