YAP Daşkəsən rayon təşkilatının idarə heyətinin geniştərkibli iclası keçirilmişdir
Bu gün, 11 aprel 2016-cı il tarixdə YAP Daşkəsən rayon təşkilatının idarə heyətinin geniştərkibli iclası keçirilmişdir. Yığıncaqda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev, idarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, Gənclər Birliyinin və Qadınlar Şurasının üzvləri iştirak etmişlər.
Yığıncaqda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev dərin məzmunlu geniş nitq söyləmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunan məsələlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev rayon təşkilatının bu il qarşısında duran vəzifələrin həyata keçirilməsi, YAP sıralarına qəbul, ilk partiya təşkilatlarının fəaliyyəti, partiyanın rayonda keçirəcəyi tədbirlər və digər məsələlər barədə də danışmışdır. Həmçinin rayon ərazisində həyata keçiriləcək uğurlu layihələrdən, bütün tikinti, təmir və yenidənqurma işlərində və eləcə də keçirilən tədbirlərdə, həmçinin rayonun ictimai – siyasi həyatında YAP Daşkəsən rayon təşkilatının yaxından iştirak edərək öz töhfəsini verdiyini qeyd etmişdir. YAP Daşkəsən rayon təşkilatının sıraları günbəgün artmaqdadır. Sevindirici hal odur ki, partiya sıralarına daxil olanların əksəriyyətini gənclər təşkil edir.
Nailiyyətlərin əldə edilməsində rayon təşkilatının fəaliyyəti danılmazdır. Daşkəsən rayon İcra Hakimiyyətinin rayonun inkişafı ilə əlaqədar bütün sahələrdə dövlət qarşısında qaldırdığı məsələlərdə YAP Daşkəsən rayon təşkilatı da mütərəqqi fikirlərlə daima çıxış etmişdir.
Meydanəli Yolçuyev çıxışının sonunda vurğulamışdır ki, YAP Daşkəsən rayon təşkilatı gələcək fəaliyyətində də qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirəcək, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq partiyanın tapşırıqlarının yüksək səviyyədə həyata keçirilməsinə çalışacaqdır.
Yığıncaqda Quşçu, Muşavaq və Çanaqçı ərazi ilk partiya təşkilatlarının sədrləri çıxış etmişlər.