Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

31 Mart Azərbaycanlıların Soyqırımı günü qeyd edildi.

31 mart 2016 | 16:00

31 Mart Azərbaycanlıların Soyqırımı günü qeyd edildi.

31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının iclas zalında keçirilən anım tədbiri rayon ictimaiyyəti nümayəndələrinin fəallığı şəraitində qeyd olunmuşdur.Mərasimdə iştirak edən tədbir iştirakçıları soyqırıma məruz qalan azərbaycanlıların ruhunu hörmət əlaməti olaraq bir dəqiqilik sükutla yad etmişlər.
Anım tədbirini Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev açmış, 2 əsrdən çox xalqımızın ermənilər tərəfindən başına gətirilən müsibətlərdən danışmışdır. O, giriş nitqində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hücum diplomatiyası, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO  və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə apardığı uğurlu təbliğat işləri nəticəsində ermənilərin qəddarlığı, haqsızlığı, Azərbaycan torpaqlarını işğal etmək niyyəti dünyaya bəlli olur. Ermənilərin özlərinin mütərəqqi fikirli adamları da bəzən həqiqəti etiraf etmək məcburiyyətində qalırlar.
Giriş nitqindən sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Malik Ələsgərov,  rayon Təhsil şöbəsinin metodisti Tofiq Qənbərov, rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov və digərləri çıxış etmiş, tarix boyu ermənilərin yaltaq, riyakar olması, dünya miqyasında görünməmiş qəddarlığı barədə tutarlı faktlarla öz fikirlərini anım tədbiri iştirakçılarına çatdırmışlar.

         Daşkəsən RİHBA - da
İnformasiya təminatı və təhlil
sektorunun müdiri
Vüqar Məmmədov

Keçidlər