Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə rayonun bir qrup ictimai fəalaliyyətində fərqlənən qadınlar təbrik edildi.

07 mart 2016 | 16:00

Daşkəsəndə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə rayonun bir qrup ictimai fəalaliyyətində fərqlənən qadınlar təbrik edildi.

7 mart 2016-cı il tarixdə 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Görüşdə  Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev qeyd etmişdir ki, qadın olan yerdə məhəbbət, səmimiyyət, mehribançılıq, gözəl həyat var. Qadın bir də ona görə bizim üçün əziz və müqəddəsdir ki, o anadır. Məhəmməd peyğəmbər buyururdu ki, cənnət anaların ayaqları altındadır.
Azərbaycan qadını Şərqdə ilk dəfə olaraq demokratik şəraitdə seçmək və seçilmək hüququ qazanmışdır. Bu gün Azərbaycan qadınının səsi-sorağı dünyanın müxtəlif ölkələrindən, ali məclislərindən gəlir. Müstəqil Azərbaycanın parlamentində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkənin birinci xanımı kimi çox fəal, gərgin iş aparır, beynəlxalq aləmdə Azərbaycan qadını haqqında onun xoş əməllərinə dair yüksək ideoloji təminat yaradır. Digər qadın deputatlarımız da özlərinin yüksək intellekti, dəyərli təklifləri ilə nümunə göstərirlər. Əbədiyaşar ulu öndərimizin gözəl bir sözü vardır. O, həmişə qadınlardan söz düşəndə deyirdi ki, mən dünyanın bir çox ölkələrində olmuşam. Azərbaycan qadınları qədər gözəl xanımlar görməmişəm.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev rayonun xanımlarını təbrik edərək bildirdi ki, biz hamımız müstəqil Azərbaycanın qurucusu və memarı, əbədiyaşar ulu öndərin qurduğu Müstəqil dövlətin vətəndaşlarıyıq. Onun siyası kursunun davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin qüdrətlənməsi və zənginləşməsi naminə hər birimiz özümüzə məxsus töhfələr verməliyik. Daşkəsənli  qadınlar bu işdə öz əzmkarlıqlarını, təşəbbüskarlıqlarını günbəgün artırır, Heydər Əliyev ideyalarını layiqincə həyata  keçirilməsində bilik və bacarıqlarını əsirgəmirlər. İctimaiyyət fəalları kimi bu gün burada iştirak edən bütün xanımlara qiymətli hədiyyələr verəcəyik. 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı bütün Azərbaycan xanımlarını təbrik edir, hər birinə xoşbəxtlik arzulayıram.
Bayram tədbirində RİHB-nin müavinləri Cavanşir Qocayev və Namiq Süleymanov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, YAP Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının sədri Rəna Aslanova və digərləri çıxış edərək Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin rayonun ictimai fəal qadınlarının əməyinə verdiyi qiyməti, diqqət və qayğını çox yüksək qiymətləndirdilər. Çıxış edənlər tərəfindən əlamətdar gün münasibətilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarının  ünvanına xoş sözlər deyildi, səmimi arzular bildirildi.
Bayram tədbirinin sonunda 40 nəfər qadına qiymətli hədiyyələr verildi.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər