Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonu 2015-ci ili uğurla başa vurdu

22 fevral 2016 | 16:00

Bu gün Daşkəsən rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçi Arif Novruzov, Daşkəsən rayonundan Milli Məclisə deputat seçilmiş millət vəkilləri Rövşən Rzayev və Kamran Bayramov iştirak edirdilər.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış  abidəsi önünə gül dəstələri qoymuş, sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlamışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, biz bu gün rayonumuzda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə etmək üçün toplanmışıq. Qeyd etməliyəm ki, müzakirəsinə toplaşdığımız 2015-ci hesabat ili bütövlükdə respublikamız üçün,  eləcə də Daşkəsən rayonu üçün xüsusilə əhəmiyyətli və yaddaqalan olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2015-ci ildə ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmiş, iqtisadi və sosial proqramlar yerinə yetirilmiş, böyük layihələr icra olunmuşdur.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərrbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin həyatının bütün sahələrində böyük uğurlar qazanılıb.
Belə ki, son 12 il ərzində ölkmizin iqtisadiyyatı dinamik inkişaf edib, genişmiqyaslı ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində bütün sahələrdə islahatlar aparılır.
Ölkə iqtisadiyyatı reytinq sıralamasında ilk 40 dövlət arasındadır və Müstəqil Dövlətlər Birliyində lider mövqeyini qoruyub saxlayır. Neftin qiymətinin kəskin enməsi iqtisadiyyatımızda müəyyən problemlər yaradır. Möhtərəm Prezidentimiz çox hörmətli cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə qeyri-neft sektorunun daha da genişmiqyaslı islahatlarına başlanılmışdır.
Qeyri-neft sənayesi, aqrar kənd təsərrüfatı, sahibkarlığın inkişafı, həmçinin şəffafığın, xüsusilə maliyyə sahəsində ictimai nəzarət mexanizminin fəallaşdırılması istiqamətində konkret addımlar atılır, mühüm sənədlər, fərmanlar, sərəncamlar imzalanır. Bu gün aydın və düşünülmüş iqtisadi islahat konsepsiyası var və icrası ilə də məşğuldurlar.
Əlbəttə, bütün islahatların əsasında maliyyə sabitliyi durur. Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Belə valyuta ehtiyatlarına malik və ölkə iqtisadiyyatına olan inam, ölkədəki sabitlik onu deməyə əsas verir ki, bundan sonra da bizim dövlətimiz və xalqımız heç bir maliyyə çətinliyi çəkməyəcəkdir.
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2015-ci ildə bir çox uğurlu işlər və  nailiyyətlər  əldə olunmuşdur. . 
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək bildirdi ki, 2015-ci ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 9,9 faiz çox olmuşdur. 
Ümumi məhsul buraxılışında 2014-cü illə müqayisədə 2015-ci ildə sənaye 5487,2min manat (23,3% çox), tikinti 11093,8 min manat (30,9% çox), kənd təsərrüfatı məhsulları 29168,1 min manat (4,2% çox), nəqliyyat üzrə  2872,9 min manat (9,1% çox), ticarət və ictimai iaşə  xidmətləri üzrə   16332,6 min manat (5,6% çox), informasiya və rabitə xidmətləri üzrə  244,8 min manat (7,3% çox)  olmuşdur.
Hesabat ilində  rayonda ümumi məhsul buraxılışında qeyri dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir.
Ümumilikdə rayon üzrə 2015-ci ildə 220 daimi olmaqla 310 yeni iş yeri açılmışdır.
2015-ci il ərzində 500 nəfər rayon ərazisində  mövsümü təmir-tikinti işlərinə cəlb  edilmişdir.
2015-ci ildə rayonda sənaye müəssisələrində çalışan  bir işçiyə düşən orta aylıq  nominal əmək haqqı 410,1 manat, dövlət sektorunda 419,7 manat, qeyri-dövlət sektorunda isə 267,1manat təşkil etmişdir.
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti  cənab İlham Əliyevin  12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan olunmuşdur.
Hesabat ilində rayon ərazisində meşə mühafizəsi bərpası və yaşıllaşdırma sahələri üzrə  0,5 ha tinglik sahəsində səpin işləri aparılmış, 1600 ədəd ağac və 5000 ədəd bəzək və gül kölları əkilmişdir.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq  təsrrüfatları, 1 damazlıq arıçılıq və  1 damazlıq mal-qara təsərrüfatı  fəaliyyət göstərir. Gələcəkdə  toxumçuluq və damazlıq təsərrüfatlarının  artırılması üçün işlər  davam etdirilir.  2015-ci ilin məhsulu üçün 719 ha sahədə taxıl səpilmişdir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda  5 kənddə  (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan və Qabaqtəpə kəndlərində)  süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama  texnikləri tərəfindən 2015-ci il ərzində 57 baş  heyvan süni mayalandırılmışdır. Mayalandırılmış   heyvanlardan   32 baş   bala    alınmışdır.  Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir. “Arıçılıq haqqında”  qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin  saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq  2015-ci il  ərzində də arıçılığın  inkişafı üçün  tədbirlər davam  etdirilmişdir. 
Bakı şəhərində keçirilən  kənd təsərrüfatı məhsullarının satış yarmarkasında  rayon sahibkarları vaxtaşırı olaraq   pendir, kartof, kələm və bal məhsulları ilə  iştirak etmişlər.
Qeyd etmək lazımdır ki, rayonda  torpaqlardan təyinatı üzrə istifadəyə görə  müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün  müvafiq, lazımı tədbirlər görülməlidir. 
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək vurğuladı ki, 2014-cü ilin  oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  xanımı Mehriban Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfər etmişlər. 
  Həmin səfər vaxtı  rayonda bir neçə obyektlərin açılışı olmuşdur.
Daşkəsən rayon İcra  Hakimiyyətinin yeni inzibati  binasının;
  Avtovağzal kompleksinin;
  Gənclərin təlim və istirahət mərkəzinin açılışında iştirak etmişlər.
Səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb olaraq, onların  yaradıb-qurmaq əzmini daha da artırmışdır.
2015-ci  il ərzində  rayon ərazisində  bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində 2 ədəd hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi isə  8 m  olan körpülərin tikintisi başa çatdırılaraq  23 dekabr 2015-ci il tarixdə istifadəyə verilmişdir.
Ttikintisi dayandırılmış  35 kv-luq  Əhmədli EVX-nin və “Alunit” İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni  yarımstansiyanın tikinti  işləri davam etdirilmişdir.
Qaraqollar kənd həkim, Əhmədli, Bayan və Zinzahal kənd tibb məntəqələrində, Quşçu kənd mədəniyyət evində təmir  işləri aparılmışdır. Xoşbulaq və Qaraqollar kənd tam orta məktəb binalarının   dam örtüyü təmir edilmişdir.
Yeni yaradılacaq Kənd Təsərrüfatı idarəsinin inzibati binasının ikintisinə başlanılmış, hazırda son tamamlanma işləri görülür. Daşkəsən şəhərində küçələrin  işıqlandırma sistemi yenidən qurulmuşdur.
Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri  aparılmış və şəhərin küçələrinə 15842m2 sahəyə yeni asfalt örtüyü salınmışdır. 
Daşkəsən şəhərində və qəsəbələrdə 165 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunmuş və bu işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. 
Daşkəsən şəhərində  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli  yaşayış binasının tikintisi üçün  torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Azərbaycan  Respublikası  Prezidentinin 2014-cü il 27 fevral tarixli,118 nömrəli  Fərmanı ilə «Azərbaycan  Respublikası  regionlarının   2014-2018-ci   illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər  planında  Daşkəsən rayonuna aid   25 tədbir nəzərdə  tutulmuşdur.
Bu  tədbirlərin  5-i ölkə  əhəmiyyətli, 3-ü  Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən  rayonu  bölmələrində qeyd edilmişdir.
Cari ilin yanvar ayının 26-da möhtərəm cənab Prezident İlham Əliyevin iştirakı ilə regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.
Bildiyiniz kimi,  “Yeni Daşkəsən” layihəsi  işlənib elmi əsaslarla  hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin  həlli layihədə əsas vəzifə kimi   qarşıya  qoyulmuşdur.
Hazırda  həmin istiqamətdə işlər davam etdirilir.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması  məqsədilə ötən il Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, Dini Qurumlarla  İş Üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı Daşkəsən Daşkəsən rayonundan və ətraf rayonlardan olan  vətəndaşları qəbul etmişlər.
    Qəbullarda aidiyyəti üzrə müraciətlərin həlli üçün müvafiq tapşırıqlar verilmiş,bəzi müraciətlər aidiyyəti üzrə qurumlara göndərilmək üçün qeydiyyata alınmışdır.
    19 iyun 2015-ci tarixdə İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar     Siyasəti  və   İstehlakçıların   Hüquqlarının   Müdafiəsi  Dövlət Xidməti tərəfindən “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda rayonda geniş konfrans;  
23 iyul 2015-ci tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair  işgüzar forum  keçirilmişdir. 
08 fevral 2016-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyqulu Bağırov rayon sakinləri ilə görüş keçirmişdir. Görüşdə bir sıra  məsələlər müzakirə olunmuşdur.
Azərbaycan  Respublikasının  Prezidenti Möhtərəm cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə Çovdar qızıl zavodunun daxil olduğu  “AzerGold” Qapalı Səhmdar  Cəmiyyətinin yaradılmışdır. 
“Daşkəsən Filizsaflaşdırma” ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi  İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni öz fəaliyyətini   davam etdirmişdir.
3300 nəfər əhalinin yaşadığı  9 yaşayış məntəqəsini  birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun  tikintisi üzrə  müvafiq sənədlər  aidiyyəti   üzrə   qurumlara  təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi  «Azərbaycan  Respublikası  regionlarının   2014-2018-ci  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na daxil  edilmişdir.
Daşkəsən rayonunda  enerji daşıyıcılarından və içməli sudan   səmərəli istifadə edilməsi  və onların  dəyərinin ödənilməsi üzrə   rayon İcra Hakimiyyəti  Başçısı yanında yaradılmış qərargahın  fəaliyyəti daha da gücləndirilmişdir.

Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
Rayonun Zağalı, Qazaxyolçular və Qaraqollar kəndlərində təbii qaz xəttinin çəkilişi başa çatmış və Xoşbulaq kəndinə təbii qaz xəttinin çəkilişi davam etdirilir.  Həmin işlərin sürətləndirilməsi olduqca vacibdir.
2015-ci ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə  Islam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılmışdır. Daşkəsən şəhərində  həmin layihə üzrə  2 ədəd 500 kub metr su tutumu olan  yeni içməli su anbarının təməlqoyma mərasimi keçirilmişdir. Bu layihə üzrə bir sıra işlər görülmüşdür. Həmin layihənin bu ilin sonuna kimi başa çatması nəzərdə tutulub.
Bu mühüm tədbirin başa çatması nəticəsində Daşkəsən şəhərinin  əhalisi  fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə  təmin olunacaqdır.
      2014-2015-ci tədris ilində  ümumtəhsil məktəblərinin XI siniflərində 265 şagird təhsil  almışdır.   Buraxılış imtahanlarından müsbət yekun qiymətlər  aldıqları üçün  265 nəfər şagird  orta məktəbi  müvəffəqiyyətlə  başa vurub  orta təhsil haqqında attestat almışdır.  49 nəfər  Respublikanın müxtəlif ali və  orta ixtisas məktəblərinə  qəbul olmuşdur.
Qeyd etmək lazımdır ki, hələ rayonun bəzi  məktəblərində  dərslərin keyfiyyəti  və şagirdlərin dərsə davamiyyəti zəifdir. Kəndlərdə isə  bu göstəricilər nisbətən  daha aşağı səviyyədədir. 2015-2016-cı tədris ilində rayon ərazisində 71 nəfər şagird azalmışdır.  Bu sahədə aidiyyəti üzrə müvafiq tədbirlər görülməsi vacibdir.
Heydər Əliyev mərkəzinə 2015-ci il ərzində  kollektiv və fərdi  qaydada 7700 nəfər ekskursiyaya gələnlər olmuşdur. Muzeydə komputer və ingilis dili kursları  fəaliyyət göstərmiş və il ərzində müxtəlif  məzmunda  tarix dərsləri və digər tədbirlər  keçirilmişdir.
Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2015-ci ilin fevral ayının 2-dən 01 may 2015-ci il tarixə kimi  ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə təşkil edilmişdir. Həmin tapşırığa əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
Tibbi müayinədən keçən  Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Artıq 2016-cı ildə də əhalinin tibbi müayinədən keçirilməsi tədbirinə başlanılmışdır.
2015-ci ildə rayon əhalisinə 110 çarpayılıq 3 xəstəxana, 5 həkim ambulatoriyası, 23 tibb məntəqəsi və 1 qadın məsləhətxanası  xidmət göstərmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının stasionlarına 2015-ci ildə 998 nəfər xəstə qəbul olunmuş, həmin xəstələr tərəfindən  19658 çarpayı günü keçirilmişdir. 2015-ci ildə 2 nəfərdə vərəm xəstəliyi və 2 nəfərdə isə brüselyuz yolxucu xəstəliklər  qeydə alınmış və müalicəyə cəlb olunmuşlar. 
Rayonun səhiyyə sahəsində kadr çatışmazlığı, kəndlərdə lazımi tibb məntəqələrinin olmaması, lazımi avadanlıqlarla təhciz edilməməsi, rayonda səhiyyə sahəsində mövcud olan əsas problemlərdəndir. Rayon mərkəzi xəstəxananın rəhbərliyi həmin problemlərin aradan qaldırılması üçün konkret tədbirlər görməli, bu problemlərlə bağlı Səhiyyə Nazirliyi qanunamüvafiq qaydada  öz köməkliyini göstərməlidir. 
Rayona investorların  cəlb olunması üçün  əlverişli şərait yaradılmış, yerli resusları  nəzərə almaqla  digər  sahələrlə yanaşı  turizmin   və  sanatoriya-kurort  sisteminin inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.
2015-ci il ərzində  Bakıda  İlk Avropa Oyunları keçirilmişdir. Sevindirici haldır ki, İlk Avropa Oyunlarının məşəli 2015-ci ilin  may ayının 16-da Daşkəsən şəhərində alovlandırılmışdır.  Bu tədbir yüksək səviyyədə təşkil olunmuş və keçirilmişdir.Tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə İlk Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən  rayonumuza “Xatirə” medalı verilmişdir.
Ötən ilin 16 noyabr - 1 dekabr tarixlərində “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi və bir neçə Xəbər portalı tərəfindən  “İLİN BAŞÇISI” sorğusu keçirilmişdir.
Ölkə ictimaiyyətinin bütün təbəqələrinin həssaslıqla yanaşdığı, gərgin rəqabət şəraitində keçən sorğunun ilk günlərindən başlaraq, dağlar qoynunda yerləşən Daşkəsən rayonu bütün ictimai-siyasi hadisələrdə daima zirvələrdə olduğu kimi, bu sorğuda da birinciliyi əldən verməyərək Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı  kimi 2015-ci ildə “İLİN BAŞÇISI” seçilmişəm.
Bu, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında son illər rayonda aparılan doğru-düzgün, düşünülmüş sosial-iqtisadi, ictimai-siyasi tədbirlərin uğurlu icrası nəticəsində əldə olunmuşdur.
Bildiyiniz kimi  2015-ci ilin  noyabr ayının 1-də  Azərbaycan Respublikasında  Parlament seçkiləri keçirilmişdir. Əvvəlki seçkilər kimi  Parlament seçkisi də  Daşkəsən rayonunda  tam demokratik  və aşkarlıq şəraitində keçmiş, seçicilərin  58,3%-i seçkidə  iştirak etmiş  və  öz  istədikləri  namizədlərə  səs vermişlər. 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə Bayramov Kamran Fərhad oğlu, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə Rzayev Rövşən Şükür oğlu millət vəkili seçılmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında təsdiq olunmuş qrafikə  uyğun olaraq yerlərdə keçirilmiş hesabat yığıncaqlarında 1946 nəfər iştirak etmiş, 186 nəfər çıxış  etmişdir. Cəmi  149 təklif irəli sürmüşdür.  Hesabat yığıncaqlarında bir sıra nöqsanlar aşkara çıxarılmış və onların aradan    qaldırılması üçün lazımı tapşırıqlar verilmişdir.    
2015-ci il ərzində  rayon İcra Hakimiyyətinə  554 (əvvlki ilə nisbətən 153 müraciət azalmışdır) yazılı müraciət daxil olmuşdur. O cümlədən 174 (əvvəlki ilə nisbətən 43 ərizə azalmış) ərizə Respublika Prezidentinin Administrasiyasından  və  94 ərizə mərkəzi icra orqanlarından daxil olmuşdur.  Ərizə   və  şikayətləri doğuran  səbəblər təhlil olunmuş, vətəndaşlara aidiyyəti üzrə cavablar  verilmişdir.  
2015-ci il ərzində 47 yaşayış məntəqəsində səyyari qəbul  keçirilmiş, 1870 nəfər iştirak etmiş, 274 müraciət olunmuşdur.  Səyyari qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün  aidiyyəti üzrə  müvafiq tapşırıq və göstərişlər verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Nazirlər kabinetinin iclasında vurğulamışdır ki, İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir.
Bununla bağlı rayonda xüsusi komissiya yaradılaraq pərakəndə ticarət obyektlərinə aidiyyəti üzrə baxışlar keçirilmiş, maarifləndirmə işləri aparılmış, hüquq-mühafizə orqanlarının iştirakı ilə bu sahədə nəzarət tamamilə təmin olunmuşdur. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunmuşdur..
Bunun nəticəsində unun topdan və pərakəndə satış qiyməti əhəmiyyətli dərəcədə azalmışdır.
Bütün dünyada baş verən iqtisadi böhranın Azərbaycana müəyyən dərəcədə təsir etməsinə baxmayaraq, son günlər cənab Prezidentin müvafiq sərəncamları ilə əhalinin yaranmış vəziyyətdən çətinlik çəkməməsi üçün əmək haqları, pensiyalar, təqaüdlər, aztəminatlı ailələrə verilən müavinətlər artırılmışdır. Bu da Prezidentin ölkə əhalisinə hər zaman olduğu kimi, diqqət və qayğısının bir daha əyani təzahürüdür.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevin 01.02.2016-cı il tarixli məktubuna əsasən Rayon İcra Hakimiyyəti Başçısının 08 saylı, 03.02.2016-cı il tarixli sərəncamı ilə qərargah yaradılmış,  rayon icra hakimiyyəti ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflərin hazırlanması, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirməsi və görülən işlər barədə məlumatların hər ayın 1-də və 15-də qərargah tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin elektron ünvanına göndərilməsi təmin ediləcəkdir .
Azərbaycan  Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on iki il ərzində  uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb.Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Qarşımızda çox məsul və şərəfli  vəzifələr durur. Yanvarın 10-da Prezident Sarayında  Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2015-ci ilin sosial-iqtisadi inkişafın  yekunlarına və 2016-cı ildə  qarşıda duran vəzifələrə həsr edilmiş iclasında möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev yekun nitqində  demişdir ki, “2016-cı ildə biz fəal işləməliyik... Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq”.
İcazə verin, Azərbaycan  Respublikasının  möhtərəm Prezidenti  cənab İlham  Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran  vəzifələrin layiqincə yerinə  yetirilməsi üçün  daha yüksək əzmkarlıq göstərərək,  bütün  qüvvəmizi   səfərbər edib, var gücümüzlə çalışacağıq. 
           Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
          Yığıncaqda Azərbaycan Respublikası   Prezidenti  Administrasiyasının məsul işçisi Arif Novruzov, millət vəkilləri Rövşən Rzayev və Kamran Bayramov çıxış etmişlər.
Yığıncağın sonunda qərar layihəsi qəbul olunmuş, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər