Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrasına Daşkəsən rayonunda uğurla başlanılmışdır

17 fevral 2016 | 16:00

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin hərtərəfli tibbi müayinədən keçməsini də təmin etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, fevralın 15-də Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının poliklinikasında rayon sakinlərinin tibbi müayinəsi başlanmışdır.
Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış poliklinikada səhər tezdən olmasına baxmayaraq, rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın poliklinikaya gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il fevralın 15-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir. Tapşırığın icrası ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki, bir neçə gün bundan əvvəl rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə, təşkilat və Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinin, eləcə də  rayon fəallarının iştirakı ilə müşavirə keçirmişdir. Müşavirədə Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə müəssisədə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə müvafiq tapşırıqlar verilmişdir. 
Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov daha sonra demişdir: “Daşkəsən Mərkəzi Rayon Xəstəxanası müayinələrin aparılmasına tam hazırdır. Bu gündən etibarən poliklinikada müayinələrə start verilmişdir. Müayinələr əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında həyata keçirilir. Tibbi müayinələrə kənd əhalisi də cəlb olunacaqdır. Bu əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir”.
   Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev isə rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, eləcə də  vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün poliklinikanın hazır vəziyyətə gətirildiyini bildirmişdir. O həmçinin qeyd edilmişdir ki, poliklinika  34 min rayon sakininə xidmət edir. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər.

ELMAR VÜQARLI

Keçidlər