Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə möhtəşəm bayram tədbiri keçirildi

10 may 2012 | 15:00

Əhəd Abıyev: “Prezidentin sərəncamı ilə Daşkəsəndə yeni çəkilən Zağalı- Kollu-Çıraqlı yolu bizi Qarabağa aparacaq”

Bayraq meydanında əzəmətli “Heydər Bulağının” açılışı oldu.
Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Daşkəsən rayonunda möhtəşəm bayram tədbirləri keçirildi. Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində tədbirlər planına uyğun olaraq dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olundu. Qeyd olunan tədbirlərdə daşkəsənlilər bir daha ulu öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdirmişlər. Qeyd edək ki, may ayının 1-dən 10-dək rayonda Heydər Əliyev günləri elan olunmuşdur. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin əməli işləri ilə ümummilli liderimizin silahdaşı kimi yaratdığı ideoloji təminatın nəticəsidir ki, dağlar qoynunda daşkəsənlilər əbədiyaşar ulu öndərimizə ilk dəfə olaraq belə böyük, təntənəli xalq sevgisi, möhtəşəm el məhəbbəti nümayiş etdirdilər. Bu sevgiyə, bu istəyə tədbir iştirakçıları min alqış söylədilər.
Deyilənlərin nəticəsidir ki, əbədiyaşar ulu öndərin doğum günü hər il Daşkəsəndə əvvəlki ilə nisbətən daha da yüksək səviyyədə, zəngin, möhtəşəm ümumrayon məhəbbəti ilə qeyd edilir.
Mayın 7-də isə rayon İcra Hakimiyyətinin, o cümlədən Daşkəsənin aidiyyatı orqanlarının əməkdaşları başda icra başcısı Əhəd Abıyev olmaqla, Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki heykəlinin önünə əklil dəstəsi qoyaraq, ümummilli lideri böyük ehtiramla yad etdilər. Bayram mərasimləri rayonun Bayraq Meydanındakı parkda təntənəli şəkildə davam etdirildi.
Tədbir iştirakçılarının başı üzərində vüqarla dalğalanan Müstəqil Azərbaycanımızın Dövlət Bayrağı hər birimizin qəlbimizdə iftixar, qürür oyadır. 20 ildən çoxdur ki, bu bayraq vətən səmasında əzəmətlə, vüqarla dalğalanır. Ulu öndərimizin vaxtilə dediyi sözlər indi həyatda özünü necə də müdrikliklə təsdiq edir: “ Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın Dövlət Müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq.”
Tədbiri giriş sözü ilə açan aparıcı rayon icra hakimiyyətinin başcısı Əhəd Abıyevi, Daşkəsən ictimaiyyətinin nümayəndələrini, qonaqları salamlayaraq onları bayram münasibəti ilə təbrik etdi:
- “Çox hörmətli cənab başçı Əhəd Mikayıl oğlu Abıyev! Əziz qonaqlar, hörmətli toplantı iştirakçıları!
Dünyanın ən uca bayrağı olan Müstəqil Azərbaycan bayrağının vüqarla, əzəmətlə dalğalandığı gözəl bir məkanda xoş gördük sizləri. Ölkəmizin hər yerində olduğu kimi , Daşkəsən rayonunda da əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü böyük bir el şənliyi, bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
Bayraq meydanında təşkil olunmuş bu toplantıya daşkəsənlilərin belə mütəşəkkil gəlişi bir daha ümummili liderə olan ümumxalq sevgisinin, el məhəbbətinin nümayişidir.
Bu əziz gündə vətənə necə vətəndaş olmaq nümunəsi göstərən, ulu öndərimizin yaxın silahdaşı, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Mikayıl oğlu Abıyevin ürək sözlərini eşitmək hər birimizin ürəyindəndir”.
Rayon İcra Hakimiyyətinin başcısı Əhəd Abıyev daşkəsənliləri salamlayaraq onları möhtəşəm bayram münasibətilə səmimi qəldən təbrik etdi. Cənab Əhəd Abıyev giriş nitqində ulu öndərimizin yaxın silahdaşı kimi onun müstəqilliyimiz uğrunda, daxili və xarici düşmənlərin əhatəsində apardığı gərgin mübarizələrdən danışaraq dedi: “Salam əziz daşkəsənlilər! Hörmətli xanımlar və cənablar! Əziz dostlar, dəyərli toplantı iştirakçıları!
Sizlərin hamınızı salamlayıram. Bu gün bizlər üçün tarixi, əziz bir gündür. Biz daşkəsənlilər müstəqil Azərbaycanın yaradıcısı, dünya şöhrətli siyasətçi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbiri təntənəli şəkildə qeyd edirik
Ölkəmizin bütün ərazi bölgələrində ulu öhdərimizin əziz xatirəsi böyük ehtiramla yad olunur. Biz daşkəsənlilər də bu tarixi, əziz doğum gününü xüsusi olaraq qeyd edirik. Birmənalı olaraq bildirirəm ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev siyasi kursunun davamlılığı şəraitində yaşayıb, işləyib, görüb, birlikdə etiraf edirik ki, nə qədər müstəqil Azərbaycan var, Azərbaycan xalqı da var, ulu öndərimiz olub və olacaq, ideyaları da yaşayacaqdır”.
İcra başcısının bu nitqi tədbir iştirakçılarının alqışına səbəb oldu. Əhəd Abıyev nitqinə davam edərək bildirdi ki, müasir Azərbaycanın dünya şöhrətli, dahi şəxsiyyəti Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır:”Müstəqilliyimizin və suverenliyimizin xilaskarı və qüdrətli Azərbaycanı yaradan, böyük qurucu kimi tarixə düşən Heydər Əliyevin ölkəmizin inkişaf perspektivlərini müəyyənləşdirən siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Öz parlaq və mübarizələrlə zəngin ömür yolu ilə bütün nəsillərə örnək olan bir həyat yaşamı Ulu Öndər Heydər Əliyevin dahi bir siyasət adamı və dövlət xadimi kimi xalqımız qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhvolma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, xaricdən dəstəklənən dağıdıcı radikal qüvvəllərin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, daha sonra Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən çox uğurlu yenidənqurma işlərini və islahatları həyata keçirmişdir.
Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla sülh və əmin-amanlıq şəraiti formalaşdırılmış, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmaqla, kriminogen durum stabilləşdirilmişdir.
Bu gün Heydər Əliyev abidəsi bütün Azərbaycan xalqinin ürəyindədir. Onun adı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıbdır.Bir vaxtlar Heydər Əliyevə qarşı çıxanlar indi öz vicdanları qarşısında xəcalət çəkəcəklər.
Bütün zamanların fövqündə durmaq, bütün dövlərin insanı olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Lakin Tanrı sevgisi böyük olanda O, özünün ən sevimli bəndələrinə məhz belə bir ömrü, belə bir taleyi, həyatı qismət edir. Bu mənada Azərbaycan xalqının böyük oğlu, Ümummilli liğerimiz, Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev cənabları bütün dövrlərin, bütün zamanların dahi şəxsiyyətidir. Bu gun doğum gününü ümumxalq bayramı kimi xalq sevgisi ilə qeyd etdiyimiz Ulu Öndərimiz özünün bütün həyat yolunu, bütün fəaliyyətini məhz Azərbaycana, Azərbaycan dövlətçiliyinə, bütövlükdə xalqımıza həsr etmişdir. Təsadüfi deyil ki, xalqın israrlı tələb və təkidlərindən sonra ikinci dəfə hakimiyyət kürsüsünə qayıdan Ulu Öndərimiz çox qısa bir zaman kəsiyində danılması qeyri-mümkün olan tarixi addımlar atdı. Məhz onun uzaqgörən siyasətinin, müdrik qərarlarının, tarixi sərəncamlarının və çevik siyasətinin nəticəsində Azərbaycan üzləşə biləcəyi bəlalardan xilas oldu. Öz müstəqilliyini əbədi və dönməz etdi”.
Icra başcısı çıxışına davam edərək qeyd etdi ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı, dövlət başcısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və hərbi baxımdan güclənir, regionun hegemon dövlətinə çevrilməkdədir: ”Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti nəticəsində ölkədə inkişaf və sabitlik hökm sürür və bu əhəmiyyətli amil qarşıdakı illərdə də davam edəcəkdir. Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi-yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enercili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə zənginləşdirəcəkdir. Heydər Əliyev irsini öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.Milli dövlətçilik və inkişaf yolumuz ulu öndərimizin ideyalarının davamlı inkişafının təminatıdır”.
İcra Hakimiyyətinin Başçısı eyni zamanda tədbir iştirakçılarının diqqətini Azərbaycanda gedən çox böyük quruculuq və abadlıq işlərinə yönəltdi, Müstəqil Azərbaycanın keçdiyi 20 il ərzindəki qazandığı beynəlxalq uğurlarından danışaraq qeyd etdi ki, bu gün Vətəni, xalqı sevən hər bir azərbaycanlı dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevlə öyünür, fəxr edir. Beynəlxalq siyasətçilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevdən söz düşəndə həmişə yüksək səviyyədə bildirirlər: «BMT-də Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olarkən 155 ölkənin respublikamızı dəstəkləməsi ölkə başcısı möhtərəm prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzuna dəlalət edir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun gələcək sağlamlığına, inkişafına bu cür böyük önəm verən Prezidenti var. Prezident İlham Əliyev güclü liderdir, ölkəsinin gələcəyi barədə onun uzaqgörənliyi vardır. Azərbaycan Prezideni İlham Əliyev xalis Avropa siyasətçisidir.” Bəli, dünya siyasətçilərinin onlarca belə qiymətli fikirləri azərbaycanlı olaraq bizlərin hər birini sevindirir. Fəxr edirik ki, yüz illərə hesablanmış Heydər Əliyev siyasəti bizi xoş gələcəyə aparır”.
Başçı nitqində daha sonra qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə rayonun Zağalı-Kollu-Çıraqlı istiqamətində yeni yol tikintisi üçün ayırdığı vəsaitə, ümumiyyətlə, daşkəsənlilərə göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirir. Inanırıq ki, bu yol bizi qələbəyə aparan yol olacaq və Daşkəsən rayonu da respublikanın ən inkişaf etmiş rayonları sırasına qoşulacaqdır.Daşkəsənın tarixində indiyədək görünməmiş belə böyük tikinti və abadlıq işləri bizləri möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşərək ulu öndərimizin uzaqgörən siyasətini uğurla davam etdirməyə ruhlandırır. Budur, gözlərimiz qarşısında dayanan 50 ədəddən çox ağır texnika bu əziz gündə Prezidentimizin müvafiq sərəncamının tələblərindən irəli gələn vəzifələri yerinə yetirmək üçün tikinti meydanına yollanır. Ulu öndərin məşhur kəlamında deyildiyi kimi : “Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir.”
Başçının nitqindən sonra yol çəkilişi üçün Bakıdan gəlmiş ağır texnika karvanı daşkəsənlilərin sevinc, alqış sədaları, “ura” çağırışları altında dağların boynuna dolanan yollarla iş yerinə doğru tələsirdi.
Daha sonra tədbirdə Daşkəsənin 20 fəal gəncinə Yeni Azərbaycan Partiyasının vəsiqələri təntənəli şəkildə təqdim edildi. Beləliklə, daha 20 daşkəsənli Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olundu. Bundan sonra Daşkəsən məktəbliləri arasında keşirilmiş “Heydər Əliyev və Azərbaycan” inşa yazı müsabiqəsində fərqlənmiş 5 əlaçı şagirdə qiymətli hədiyyələr verildi.
Ulu öndərin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilən möhtəşəm bayram tədbirində əzəmətli “Heydər Bulağı”nın açılışı oldu.
Tədbir respublikanın xalq artistləri Mənsum İbrahimovun, Aybəniz və Şahnaz Haşımova bacılarının və Daşkəsən İncəsənət məktəbinin musiqi və rəqs kollektivlərinin maraqlı zəngin repertuarları ilə başa çatdı.

Keçidlər