Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

15 dekabr Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda növbəti görüş keçirilib.

15 dekabr 2023 | 17:52

Dekabrın 15-də Daşkəsən Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və rayon üzrə Təhsil Sektoru ilə birgə "Dini radikalizmlə mübarizə və maarifləndirmə" mövzusunda növbəti tədbir keçirib.

Daşkəsən rayon Bayan kənd M.Mustafayev adına tam orta məktəbdə təşkil olunan görüşdə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev, RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, müəlimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlarda dini fanatizmin, radikalizmin və ekstremizmin yarada biləcəyi fəsadlardan danışılıb, Azərbaycanda tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək dostluq şəraitində inkişafına göstərilən dövlət qayğısından bəhs olunub, mövzuya dair videoçarx numayiş etdirilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər