Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin illik hesabat yığıncaqlarının keçirilməsi davam edir. Hesabatlar Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin, RİHB Aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə birgə keçirilir.
Belə hesabatlardan biri də bu gün Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin olmuşdur. Hesabat yığıncağında Daşkəsən şəhər İƏDÜ Nümayəndəsi Nüsrət Vəliyevin hesabat mərüzəsi dinlənilmişdir. O, 2015-ci il ərzində nümayəndəliyin ərazisində görülən işlərdən, cari ildə qarşıda duran vəzifələrdən və onları narahat edən problemlərdən danışmışdır.
Daşkəsən RİHB-nın Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 2015-ci ildə gördüyü işlərə dair hesabatında Nüsrət Vəliyev bildirmişdir ki, yola saldığımız 2015-ci il rayonumuzun ictimai-siyasi həyatında da mühüm əlamətdar hadisələrlə yadda qalmışdır. Daşkəsənlilər ölkəmizdə gedən ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, yüksək nailiyyətlər qazanmışlar. Belə ki, 2015-ci ilin may ayının 16-da Birinci Avropa Oyunlarının məşəli Daşkəsən rayonuna gətirilmişdir. Rayon əhalisinin böyük coşqu ilə qatıldığı Birinci Avropa Oyunlarının məşəlinin Qarşılanma və Estafet mərasimləri Bakı Avropa oyunları Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş və qərb regionunda yeganə olaraq Daşkəsən rayonu Birinci Avropa Oyunlarının “Xatirə” medalı ilə təltif edilmişdir.
2015-ci ildə Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisində abadlıq və quruculuq işləri geniş miqyas almışdır.
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin təşəbbüsü ilə “Daşkəsən şəhərinin Su təchizatı və Kanalizasiya Sistemlərinin tikintisi, çirkab Sutəmizləyici qurğunun layihələndirilməsi və tikintisi layihəsi”nin icrasına başlanmışdır.
İşlərin icrası iki mərhələyə bölünmüşdür. İlkin mərhələdə mənbədən şəhərə qədər olan magistral xətt, xəttin üzərində olan qurğular və şəhər şəbəkəsinin bir hissəsinin, sonrakı mərhələdə çirkab sutəmizləyici qurğular kompleksi və şəhər şəbəkəsinin qalan hissəsinin tikilməsi planlaşdırılıb.
Layihədə içməli su ehtiyatı şəhərdən 18-20 km məsafədə yerləşən “Qarainək” və “Gurbulaq” su qaynaqlarından götürərək magistral polietilen boru xətləri ilə şəhərə çatdırılması nəzərdə tutulub. Su tikiləçək 4 su anbarı vasitəsi ilə şəhərə paylanacaq. Magistral xətt üzrə işlərin 99,05%-dən çox hissəsi artıq tamamlanmışdır. Kanalizasiya şəbəkəsində 13500 metr xəttin tikintisi başa çatdırılmışdır.
Bu layihənin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Daşkəsən şəhərində elektrik təchizatı yaxşılaşdırılmış, şəhərin küçə və meydanlarının istinad divarları təmir edilmiş, o cümlədən 300 m2 istinad divarları bəzək daşları ilə üzlənmişdir. Həmin ərazilərə yeni asfalt örtük salınmışdır.
Heydər Əliyev meydanında və Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılaraq səliqə-səhman yaradılmışdır. Şəhərin küçə və meydanlarına yeni işıqlandırma sistemləri qurlaşdıraraq tam müasirləşdirilmişdir.
2015-ci ildədə şəhər və qəsəbələrin dam örtüklərinin metal lövhəli şiferlərlə dəyişdirilməsi işi davam etdirilmişdir. Şəhərin Alunitdağ və Mədənçilər qəsəbələrində bu işlər başa çatdırılmışdır. Bütövlükdə şəhər və qəsəbələr üzrə 165 çoxmərtəbəli binaların dam örtükləri dəyişdirilmiş, və bu işlərin başa çatdırılması üçün lazımi tədbirlər həyata keçirilir. 12-14 noyabr 2015-ci il tarixlərdə Daşkəsən şəhəri və Alunitdağ qəsəbəsində güclü küləklə müşaidə edilən qasırğa baş vermişdir. Həmin təbii fəlakət nəticəsində şəhər və qəsəbələrin bir çox yaşayış və inzibati binalarının dam örtüklərinə ciddi ziyan dəymişdir.
Nüsrət Vəliyev daha sonra vurğulamışdır ki, təbii fəlakətin vurmuş olduğu zərər qısa müddətdə aradan qaldırılmışdır. O, Daşkəsən şəhər sakinləri adından bu gərgin işlərin həyata keçirilməsinə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə minnətdarığını bildirmişdir.
1 Noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində 100 saylı Şəmkir-Daşkəsən DSK-Daşkəsən şəhər İƏDÜN-də 6 Məntəqə Seçki Komissiyası fəaliyyət göstərmiş və 4472 nəfər seçici qeydə alınmışdır. Bütün seçkilərdə olduğu kimi bu seçkidə də şəhər əhalisi çox yüksək fəallıq göstərərək Yeni Azərbaycan Partiyasının namizədi Kamran Fərhad oğlu Bayramova 75,85 səs vermiş, onu Milli Məclisə deputat seçmişlər.
Nüsrət Vəliyev şəhər ərazisində həll olunmasını gözləyən problemlərə də diqqət çəkmiş, onların da 2016-cı ildə uğurla icra olunacağını bildirmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev şəhər İƏDÜN-nin hesabat məruzəsindən sonra ölkəmizdə və rayonumuzda aparılan uğurlu islahatlardan, 2016-cı ildə rayonumuzda görüləcək işlərdən danışmış, rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlara bu istiqamətdə öz tapşırıq və tövsiyələrini vermişdir.
Hesabat yığıncağında çıxış edən şəhər sakinləri də yüksək səviyyədə həllini tapmış problemlərə, aparılan möhtəşəm layihələrə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını və razılıqlarını bildirərək bu qayğının onları dünya şöhrətli Prezidentimizin ətrafında daha sıx birləşməyə ruhlandırdığını ifadə etmişlər.
Şəhər sakinləri həmçinin onları narahat edən digər problemlərlə bağlı təkliflərini, istək və arzularını Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının diqqətinə çatdırmışlar. Edilmiş təklif və müraciətlərin bir neçəsi yerindəcə öz müsbət həllini tapmış, bəzilərinin həlli üçün isə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilmişdir.